Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:31

Corc Buş:«Orta Asiya və Qafqazda dəyişikliklər olacaq»


Səs: Real audio
“Kərimov bugünkü Səddam Hüseyndir” «Bütün Qafqaz və Orta Asiyada dəyişikliklərlə bağlı gözləntilər artır və bu dəyişikliklər baş verəcək». Bu fikri ABŞ prezidenti Corc Buş mayın 18-də Vaşinqtonda etdiyi çıxışında bildirib. Onun sözlərinə görə, azadlıq dünyada görünməmiş vüsət alır: «Son 18 ayda biz «qızılgül», «narıncı», «zanbaq» inqilablarının şahidi olduq və bu, hələ başlanğıcdır».



Politoloq İlqar Məmmədova görə, C.Buşun bu fikri əslində Gürcüstanda, Ukraynada və Qırğızıstanda baş verənlərin təsadüfi olmadığını göstərir. Onun fikrincə, regionun istənilən ölkəsində ictimai təzyiq güclənərsə, dəyişikliklər labüd olacaq.



Politoloq Əli Abbasov isə hesab edir ki, hər şey yaxın bir neçə ayda gedəcək proseslərdən asılı olacaq. Yəni müxalif düşərgənin dirənişi, Seçki Məcəlləsinə dəyişikliklərin edilib-edilməməsi, tərəflərin dialoq qura bilməsi və s. faktorlar həlledici olacaq.



Millət vəkili, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Bahar Muradova isə C.Buşun dəyişiklik haqda fikrini inqilab kimi yozmağın tərəfdarı deyil: «Dəyişikliklər vacibdir. Amma bu inqilab kimi başa düşəlməməlidir. Mən inanmıram ki, Qırğızıstan və ya başqa ölkədə baş verənlər Azərbaycanda təkrarlanacaq».
XS
SM
MD
LG