Səs: Real audio
“Kərimov bugünkü Səddam Hüseyndir” “Sərhədsiz Reportyorlar” təşkilatının Elmar Hüseynovun qətli ilə bağlı araşdırmasında diqqət çəkən məqamlardan biri polis və dövlət rəsmilərinin bu qətlə cəld reaksiya verməsi barədə söylənənlərdir. Polis qətldən bir neçə dəqiqə sonra hadisə yerinə gəlib, baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov isə bir neçə saat sonra, gecə yarısı mərhumun evində olub.
Elmar Hüseynovun həyat yoldaşı Rüşaniyyə Hüseynova polisi qonşularının çağırdığını deyir.
“Mən çox təəccübləndim, çünki, bizim polis çağırılan yerə 20-30 dəqiqədən tez olmayaraq getmir. Üstəlik, yüksək çinli rəsmilər də çox tez gəldilər”.
Rüşaniyyə Hüseynova bunları istintaq qrupuna da söylədiyini, ancaq buna heç bir reaksiya olmadığını deyir.
Rüşaniyyə Hüseynova əmindir ki, əgər yüksək rütbəli rəsmilər Elmarın qətlinin açılmasında maraqlı olsaydılar, bu qətl çoxdan açılardı.
“Hər bir dövlət rəsmisi Elmarın qətlində maraqlı ola bilər. Çünki, bizim ölkədə heç kəs həqiqəti eşitmək istəmir. O ki qaldı müstəqil adamdan ola”.
“Sərhədsiz Reportyorlar” təşkilatının Avropa bölməsinin rəhbəri Paskal Bonnamur Elmar Hüseynovun qətlinin hazırda çox təhlükəli hal olduğunu deyir.
“Hamı Ukraynada Qonqadzenin qətlini xatırlayır. Mən ölkə prezidentinin Hüseynovun qətlini sifariş etdiyini təsəvvür etmirəm. Bu, onun üçün çox təhlükəli ola bilərdi. Prezident bu məsələni tezliklə həll etməlidir, bu onun üçün çox mühümdür”.
Georgi Qonqadze 2000-ci ildə qətlə yetirilib. Bu qətlin sonradan Leonid Kuçma hökumətinin devrilməsində rolu olduğu bildirilir.
Paskal Bonnamur prezidentin ətrafında olan şəxslərdən kiminsə Elmar Hüseynovun qətlində maraqlı olması versiyasını istisna etmir.
Milli təhlükəsizlik, daxili işlər nazirlikləri və Baş Prokurorluq mayın 4-də birgə məlumat yaymışdı.
Həmin məlumatda deyilirdi ki, Elmar Hüseynovun qətlindən əvvəl bir neçə dəfə onu evindən soruşmuş Vüsal adlı şəxsin kimliyi müəyyən edilib. Həmin adam Tahir Xubanovdur. Bu məlumata görə, qətlin törədilməsində şübhəli bilinən Tahir Xubanov hadisədən dərhal sonra Azərbaycanı tərk edib, hazırda axtarışdadır. Hüquq-mühafizə orqanları Rüşaniyyə Hüseynovanın Tahir Xubanovun fotoşəklini tanıdığını bildirsə də, xanım Hüseynovanın özü bunu inkar edib.
Hüquq-mühafizə orqanlarının mayın 19-da yaydığı məlumatda isə istintaqın gedişi ilə bağlı əlavə məlumat verilir. Məlumata görə, hadisə yerindən tapılmış silah və digər əşyalar müayinə edilib.
“Sərhədsiz Reportyorlar”ın nümayəndəsi Paskal Bonnamur bu qətlin istintaqını izləyəcəklərini deyir. Ölkə prezidenti onlarla görüş zamanı söz verib ki, istintaqın gedişi ilə bağlı daha çox məlumat alacaqlar.
“Ancaq düzünü desəm, hazırda bizim Bakıda olduğumuzdan çox məlumatımız yoxdur. Bu prezident üçün böyük sınaqdır, biz ona dönə-dönə xatırladacağıq ki, məlumat gözləyirik, xüsusilə indi, təhlükəsizlik orqanları bu məsələylə məşğul olan vaxt”.
“Sərhədsiz Reportyorlar” Azərbaycan hökumətinə tövsiyə edir ki, şəffaf və qərəzsiz istintaq aparılsın, media və beynəlxalq təşkilatlara istintaq barədə ətraflı məlumat verilsin.