Keçid linkləri

2024, 03 Noyabr, bazar, Bakı vaxtı 22:39

«Sərhədsiz Reportyorlar» E.Hüseynovun qətli ilə bağlı araşdırmasının nəticələrin yaydı


Səs: Real audio
“O, yaramaz ola bilər, ancaq o, bizim yaramazdır” «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətli onun jurnalist fəaliyyəti ilə bağlıdır». Bu barədə «Sərhədsiz Reportyorlar»ın apardığı araşdırmanın nəticələrinə dair hesabatda deyilir.



Hesabatda qeyd edilir ki, hökumət baş redaktorun qətli ilə bağlı iki versiyanı araşdıdır. Birincisi, E.Hüseynovun qətli onun peşə fəaliyyəti ilə əlaqədardır. İkincisi isə, qətl xaricdən təşkil edilib.



Təşkilatın baş katibi Robert Menar rəsmi təhqiqatın prosedur baxımından qənaətbəxş olduğunu deyir:

«Ancaq biz gözləyirik ki, hökumət bütün günahkarları cəzalandırsın.Yalnız qatilləri deyil, sifarişçiləri də».



Hesabatda vurğulanır ki, E.Hüseynovun qətlinin üstünün açılması parlament seçkiləri ərəfəsində Azərbaycan prezidenti üçün xüsusi əhəmiyyət kəsb edir. «Prezident İlham Əliyev hakimiyyətə gələndən sonra ölkədə söz azadlığı sahəsində vəziyyət pisləşib. 2004-cü ilin yanvarından ən azı səkkiz jurnalist həbs olunub, altısı qısa müddətə saxlanıb və ya qorxudulub» - deyə, hesabatda bildirilir.



Hesabatın sonunda təşkilat Azərbaycan prezidentini jurnalistləri qorumağa çağırır ki, belə bir faciə bir daha təkrarlanmasın.
XS
SM
MD
LG