Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:20

Kasıblar işıq pulu vermir. Ancaq kasıb kimdir?


Səs: Real audio
“O, yaramaz ola bilər, ancaq o, bizim yaramazdır” Prezidentin kasıb təbəqədən istifadə olunan işığa və mavi yanacağa görə pul almamaq tapşırığından sonra həmin təbəqənin müəyyənləşdirilməsi prosesi başlayıb. Amma konkret hələ heç bir mexanizm yoxdur.



Misal üçün, Xaçmaz rayonunun qaz idarəsindən bildirdilər ki, idarənin işçiləri kasıb kimi tanıdıqları adamlara güzəşt edəcəklər. Kasıbı müəyyənləşdirməyin əsas problemi isə hökumətin indiyədək yoxsulluq səviyyəsini doğru-dürüst müəyyənləşdirməməsi ilə bağlıdır. Düzdür, iqtisadi inkişaf naziri Azərbaycanda yoxsulların əhalinin 40 faizini təşkil etdiyini deyir.



Amma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Vəfa Mütəllimova hökumətin hələ rəsmi olaraq yaşayış minimumunu müəyyən etmədiyini deyir.



O, yoxsulların siyahısının 2006-cı ilə qədər müəyyən olunacağını bildirir. Çünki, məhz gələn ildən bu təbəqəyə bir sıra ünvanlı güzəştlər veriləcək.



Həmkarım Solmaz Əmirəhmədqızı isə Xaçmazda artıq yoxsulların müəyyən edildiyini və onlardan pul alınmadığını deyir.



Quba rayonunda da yerli icra hakimiyyət orqanları yoxsulları müəyyən etməyə başlayıblar.



Gəncəbasarda işləyən müxbirimiz Səadət Akifqızı da bu bölgədə yoxsulların kim olduğunu hələlik çilingərlərin müəyyən edəcəyini deyir. İcra strukturlarının siyahısı isə hazırlanma mərhələsindədir.



Söhbət etdiyim ekspertlər isə deyirlər ki, indiki vəziyyətdə, yəni heç bir prinsip və iqtisadi göstərici olmadan yoxsulları müəyyən edib onlara güzəştlərin verilməsi düzgün deyil. Çünki, bu, hətta korrupsiyaya səbəb ola bilər.



Digər tərəfdən, “Barmek Azərbaycan Elektrik Şəbəkəsi”nin mətbuat xidmətindən aldığımız məlumata görə, onlar yoxsulların məhz kimlər olması barədə hökumətə göndərdikləri sorğunun cavabını gözləyirlər.
XS
SM
MD
LG