Səs: Real audio
“Kərimov digər avtoritar liderlərin aqibətindən ibrət götürüb” Dünya Bankı Azərbaycanın enerji sisteminin yenidənqurulması üçün «Azərernerji» Səhmdar Cəmiyyətinə 48 milyon dollar kredit ayırıb. Vəsait enerji dispetçer sisteminin yaradılması, yarımstansiyaların tikilməsi, yüksək gərginlikli xəttlərin çəkilməsi və şəbəkələrin yaradılmasına sərf olunacaq. Kredit enerji ötürülməsi layihəsi çərçivəsində 20 illiyə verilir. Layihənin ümumi dəyəri isə 55 milyon 400 min dollardır. Layihə üçün Azərbaycan höküməti də 7.4 milyon dollar ayıracaq.
DB-dən aldığımız digər bir məlumata görə, onlar Azərbaycana 20 milyon dollarlıq qrant da ayırıb. Vəsait yoxsulluğun azaldılmasına yönəldiləcək və əsasən 3 istiqamətdə xərclənəcək. Qeyri-neft sektorunda iş yerlərinin yaradılması, idarəetmənin yaxşılaşdırılması və əhalinin sosial müdafiəsi səviyyəsinin qaldırılması. Vəsaitin əsas hissəsinin – yəni 80 faizinin enerji, sənaye və ticarət sahələrindəki islahatlara xərclənməsi nəzərdə tutulub. Bundan əlavə qrantın bir hissəsi – təxminən 2 milyon dollar da səhiyyə və təhsil sahələrinə sərf olunacaq.
Mayın 18-də Milli Bankdan aldığımız məlumata görə, dollar yenidən ucuzlaşıb. İndi 1 ABŞ dolları 4781 manata satılır. 1 rubl 170, avro isə 6030 manatdır.