Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

21 may yürüş-mitinqinə icazə verilmədi


Səs: Real audio
“Pislik edənlərin hamısına qırmızı vərəqə göstərəcəm” Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov ADP-AXCP-Müsavat partiyalarının mayın 21-də keçirilməsi planlaşdırılan yürüş-mitinqinə icazə verilmədiyini bildirib. Cənab Abutalıbov müxalifətçilərə göndərdiyi məktubda aksiyanın mayın 25-də Bakı-Tbilisi-Ceyhan boru kəmərinin açılış mərasimi ilə bir vaxta düşdüyü üçün baş tutmayacağını deyib. O, partiyalardan aksiya üçün daha münasib vaxt seçməyi xahiş edib.



Müsavat Partiyası başqanının müavini Vurğun Əyyub şəhər merinin qərarını şərh edərək bildirib ki, verilmiş cavab heç bir məntiqə sığmır. O, mayın 21-i ilə 25-i arasında 4 gün vaxt olduğunu və Abutalıbovun «münasib vaxt» deyərkən nəyi nəzərdə tutduğunu anlamadığını bildirib. Cənab Əyyub bütün hallarda mayın 21-də mitinq-yürüş keçirməkdə israrlı olduqlarını deyib.
XS
SM
MD
LG