Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:07

Deputatlar yaz sessiyasının uzadılmasını istəyir


Səs: Real audio
“Rusiya siyasətçiləri piratları müdafiə edir” Milli Məclisin yaz sessiyası bir ay uzadıla bilər. Deputatlar 5 illik fəaliyyətlərinin sonuncu sessiyasını uzatmaq üçün spikerə müraciət ediblər. Deputat Zahid Orucun sözlərinə görə, onlar parlamentin mayın 31-də başa çatan yaz sessiyasının iyunun sonuna qədər uzadılmasını istəyirlər. Çünki, bu sessiyada gündəlikdə olan, amma qəbul edilməyən xeyli qanun layihəsi qalıb. Üstəlik, büdcəyə əlavə və dəyişikliklər edilməsi də gözlənilir. Seçki Məcəlləsinə əlavə və dəyişikliyin edilməsi də istisna olunmur.



Yaz sessiyasının sonuna qədər deputatlar 10-dan çox geniş müzakirə tələb edən qanun layıhəsini, o cümlədən, Avropa Şurası ekspertlərinin gündəmində olan layihələri qəbul etməlidirlər. Bunların siyahısında ilk oxunuşdan sonra tam dəyişdirilən “İnformasiya haqqında» qanun layihəsi də var.
XS
SM
MD
LG