Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:03

Caz Azərbaycan musiqisi ilə birlikdə ifa ediləcək


Səs: Real audio
“Rusiya siyasətçiləri piratları müdafiə edir” Mayın 20 və 21-də Bakıda caz sammiti keçiriləcək. Böyük Britaniya cazmenlərinin də iştirak edəcəyi sammitin təşkilatçıları Azərbaycan sözünün əvvəlinə “c” hərfi əlavə etməklə sammitin adını “Cazərbaycan” qoyublar.



Britaniyadan musiqi sammitinə cazmenlər Keni Uiler və Pol Klarvis gələcək. Onlar “Ulduz müharibələri”, “Ceyms Bond” və “Kral Artur” filmləri üçün musiqiləri - sountrekləri ifa ediblər.



Bakıdakı «British Council»-dən aldığımız bilgiyə görə, K.Uiler və P.Klarvis cazı Azərbaycan musiqisi ilə birlikdə ifa edəcəklər. «British Council»-in layihələr üzrə meneceri Gülarə Ələkbərova bu məqsədlə xalq çalğı alətlərindən istifadə olunacağını deyir.



Britaniyalı cazmenlər yerli cazmenlər- Rain Sultanov, Şahin Növrəsli və Ruslan Hüseynovla birlikdə «Caz Mərkəzi» və «Opera Studiyası»nda konsertlər verəcəklər. Bundan əlavə, caz ustaları gənc zərb alətləri çalğıçıları üçün məşğələlər də keçirəcəklər.
XS
SM
MD
LG