Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:58

İ.Xakamada Azərbaycana gəlir


Səs: Real audio
“Rusiya siyasətçiləri piratları müdafiə edir” Rusiya Dövlət Dumasının deputatı, «Naş vıbor» Rusiya Demokratik Partiyasının sədri İrina Xakamada mayın 17-də Azərbaycana gələcək. Bakıdakı Effektiv Təşəbbüslər Mərkəzinin dəvəti ilə gerçəkləşdirilən bu səfər zamanı xanım Xakamada Milli Məclisin vitse-spikeri Gövhər Baxşəliyeva ilə görüşəcək. O, həmçinin Bakı Slavyan Universitetində də tələbələrlə bir araya gələcək.

Xanım Xakamadanın Bakıya səfəri mayın 16-na planlaşdırılmışdı. Səfərin təşkilatçısı olan ETM-dən bildirdilər ki, o, «YUKOS» neft şirkətinin rəhbəri Mixail Xodorkovskinin məhkəmə prosesində iştirak etdiyindən Bakıya gəlişi bir gün gecikib. Mərkəzdən bildirildiyinə görə, rusiyalı deputatın payızda keçiriləcək parlament seçkilərinə qədər Azərbaycana daha bir səfəri nəzərdə tutulur. Həmin səfər zamanı onun Azərbaycandakı siyasi təşkilatlarla görüşləri planlaşdırılır.



İ.Xakamada Rusiyada 2004-cü il prezident seçkilərində namizədliyini irəli sürüb və beşinci yeri tutub. Siyasi təmayül baxımından sağçıdır.



1995-ci ildə «Taym» jurnalı onu «21-ci əsrin siyasətçisi» adlandırıb. 1996-cı ildə həmin jurnalda dünyanın 100 ən məşhur qadınlarından biri hesab edilib.
XS
SM
MD
LG