Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:18

«Panorama»nın bu bazar qonağı Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Gültəkin Hacıyevadır


Səs: Real audio
“Rusiya siyasətçiləri piratları müdafiə edir” Ötən verlişlərdə olduğu kimi «Gün səhər» qəzetinin şərhçisi Elxan Şahinoğlu və «Xalq qəzeti»nin əməkdaşı Qalib Arif də söhbətdə iştirak edirdilər. Söhbət əsasən prezident İlham Əliyevin seçki paraktikasının təkmilləşməsinə dair sərəncamından getdi. Gültəkin Hacıyeva qeyd etdi ki, istər bu sərancam və ölkə daxilində atılan bir sıra addımlar, istərsə də dünyada gedən demokratikləşmə prosesi qarşıdan gələn parlament seçkilərinin ədalətli şəkildə keçiriləcəyinə çox böyük inam yaradır. Söhbətdə həmçinin vurğulandı ki, Azərbaycandakı seçkilərin demokratik keçirilməsi üçün daha ciddi islahatlara ehtiyac var…



Həftənin mühüm hadisələri…



Prezident İlham Əliyev Rusiya Federasiyasına səfər edərək II Dünya müharibəsinin başa çatmasının 60 illik yubileyi ilə bağlı Moskvada keçirilən təntənəli mərasimlərdə iştirak etdi.



Mərhum dövlət başçısı Heydər Əliyevin ad günü Azərbaycanda geniş miqyasda qeyd edildi. Paytaxtda və ölkənin bir sıra bölgələrində Heydər Əliyevin heykəllərinin açılışı oldu. Bakıdakı belə mərasimlərin birində bir qrup şikayətçi prezident İlham Əliyevlə görüşmək istəsə də, buna imkan verilmədi.



Gürcüstana səfər edən ABŞ prezidenti Corc Buş həm bütün Qafqaza, həm də Mərkəzi Asiyaya demokratiya mesajı verdi: “Bütün Qafqazda, Mərkəzi Asiyada və Yaxın Şərqdə biz gənclərin qəlbində qaynayan azadlıq arzusunu görürük. Onlar azadlıq tələb edirlər və onu alacaqlar”.



Prezident İlham Əliyev «Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair» sərəncam imzaladı.



Bakıda səfərdə olan Avropa Birliyinin Cənubi Qafqaz üzrə nümayəndəsi Heyki Talvitiye dövlət başçısı, xarici işlər naziri və müxalifətçilərlə görüşdü. Qarşıdan gələn parlament seçkilərini demokratiya baxımından fürsət kimi qiymətləndirən elçi təmsil olunduğu qurumun inqilab yox, təkamül tərəfdarı olduğunu dedi.



Bakıda Yoxsulluğun Azaldılması üzrə Dövlət Proqramının icrasına həsr edilən konfrans keçirildi. Konfransda çıxış edən prezident İlham Əliyev ölkədə yoxsulluğun səviyyəsinin 40 faiz olduğunu bildirdi.



Müğənni Sara Qədimova uzun sürət xəstəlikdən dünyasını dəyişdi.



Gəncə şəhəri 36 saylı orta məktəbdə ibtidai hərbi hazırlıq imtahanı zamanı əl qumbarasının partlaması nəticəsində bir məktəbli dünyasını dəyişdi, daha 11 məktəbli isə xəsarət aldı.



Nəhayət, prezident İlham Əliyev Avropa Şurası ölkələri başçılarının zirvə görüşündə iştirak etmək üçün Polşa paytaxtı Varşavaya yola düşdü. Bu toplantıda Azərbaycan və Erəmənistan dövlət başçılarının ayrılıqda görüşüb Dağlıq Qarabağ münaqişəsini müzəkirə edəcəkləri gözlənilir.



İndi isə bu həftəyə keçək.



Mayın 16-da Varşavada Avropa Şurası ölkələri başçılarının zirvə görüşü başlamalıdır.



Mayın 18-də Ümumdünya Gömrük Təşkilatının baş katibi Mişel Dane və Ukraynanın xarici işlər naziri Boris Tarasyuk Azərbaycana gəlməlidir.



Mayın 19-da Avropa Şurası Monitorinq Komitəsinin yığıncağı keçirilməlidir. Yığıncaqda Azərbaycanda payızda keçiriləcək parlament seçkilərinin də müzakirə ediləcəyi gözlənilir.
XS
SM
MD
LG