Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:52

«Talış kartı»nı kim oynadır?


Səs: Real audio
“Rusiya siyasətçiləri piratları müdafiə edir” Avropa Şurasının siyasi məhbuslar üzrə məruzəçisi Malkolm Bryus «Ayna» qəzetinə müsahibəsində bildirib ki, Azərbaycan birpartiyalı mərkəzləşmiş nəzarət sistemindən uzaqlaşmalıdır.



«Azadlıq» qəzetindəki «Özbəkistanda inqilab başlayıb» məqaləsində bildirilir ki, «əslində orada inqilab çoxdan başlayıb və bir neçə ildir davam edir. Bu, sahibkarların qiyamıdır».



Mayın 15-də Varşavada Avropa Şurasının sammiti başlayır. Azərbaycan prezidenti İlham Əliyev sammitin işində iştirak edəcək. Bu barədə ətraflı «Yeni Azərbaycan» qəzetində bildirilir.



«Zerkalo» qəzetindəki ««Talış kartı»nı kim oynadır?» məqaləsində bildirilir ki, mayın 21-23-də Yerevanda «Beynəlxalq Talış Konfransı» keçiriləcək.



«Üç nöqtə» qəzetindəki «Romada da tariximiz saxtalaşdırılıb» başlıqlı məqalədə bildirilir ki, buradakı xəritədə Ermənistanın sərhədləri Qara dənizədək uzadılır.



«Bakı Xəbər»dəki «Özbəkistanda inqilab» başlıqlı məqalədə qeyd olunur ki, Avropa Birliyi İslam Kərimovun dinc əhaliyə qarşı güc tətbiq etməsini pisləyib.



Ermənistan təyyarələrinin Azərbaycanın hava məkanından istifadə etdiklərinə dair «Azərbaycan Hava Yolları» Dövlət Konserninin məlumatına parlamentin spikeri Murtuz Ələsgərov münasibət bildirib. O, bunu yolverilməz sayır. Bu barədə ətraflı «Xalq Cəbhəsi» yazır.



«Azərbaycan» qəzetində yer alan «Bu da bir tarixdir» başlıqlı məqalədə bildirilir ki, Kürəçay müqaviləsinin imzalanmasından 200 il keçir. 1805-ci il mayın 14-də imzalanan müqavilə ilə Şuşa qalasının açarları rus zabiti Sisianova təqdim edilib.



DİN-in hazırda həbsdə olan sabiq zabiti Hacı Məmmədovun bacısı Arifə Cavadova «Yeni Müsavat»a müsahibəsində deyib ki, rəsmilərin indi tanımadıqları qardaşına məxsus “Qarabulaq” İstirahət Mərkəzində hətta daxili işlər naziri Ramil Usubovu da görüb.
XS
SM
MD
LG