Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 23:14
Rubrikalar

Dünən Bakıda Azərbaycan Gimnastika Federasiyasının Kuboku başlayıb.


Səs: Real audio
“Rusiya siyasətçiləri piratları müdafiə edir” 25 ölkədən 120-yə yaxın idmançının qatıldığı beynəlxalq turnirdə Azərbaycanı fərdi yarışlarda Dinarə Gimatova və Anna Qurbanova təmsil eləyir. Bu iki idmançıadan əlavə Azərbaycanın gənc gimnastlar komandası da turnidə iştirak eləyir. Komanda yarışlarında Azərbaycanı Vəfa Hüseynova, Dina Qorina, Valeriy Yeqay, Alina Tryopina, Anastasiya Prosolova və Olesi Alyonina təmsil edir.



Afina Olimpiadasının bürünc mükafatçısı İradə Aşumova ABŞ-da keçirilən güllə atıcılığı üzrə Dünya kuboku yarışlarında 10-cu olub. Pnevmatik tapançadan 25 metrlik hədəflərə atəş açan İradə Aşumova 10-cu olmaqla final mərhələsinə də düşə bilməyib. Fort-Benniqdəki mərhələ yarışında birinci yeri Çinli İnq Çen tutub və Pekin olimpiadasına vəsiqə qazanıb.



Azərbaycanın 17 yaşlılardan ibarət yığması Moldovada keçirilən irqçilik əleyhinə turnirdə 3-cü olub. İlk oyunda Rumıniya yığmasına böyük hesabla- 0-4 hesabıyla yenilənAzərbaycan yığması ikinci oyunda Belorus yığmasının 3-0 yenib. Sonuncu oyunda meydan sahibləri Moldova yığmasıyla qolsuz bərabərə qalan Azərbaycan futbolçuları Moldova və Rumıyanın ardınca 3-cü olub.



Azərbaycan karateçiləri İspaniyada keçirilən 40-cı Avropa Çempionatına qatılıb. Avropa çempionatında kumite növündə Azərbaycanı 10, kata yarışlarında isə 2 idmançı təmsil edəcək.
XS
SM
MD
LG