Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:10

Xaçmazda yoxsulları müəyyən etmək üçün komissiya yaradıldı


Səs: Real audio
“Heydər Əliyevi ilahiliyə yüksəltmək cəhdlərindən sonuncusu” «Azəriqaz» Səhmdar Cəmiyyəti ilə Xaçmaz rayon İcra Hakimiyyəti rayonda kasıb təbəqənin siyahıya alınması üçün birgə komissiya yaratmaq qərarına gəlib. Mayın 11-də Xaçmaza səfər edən «Azəriqaz» SC-nin sədr müavini Nazim Səmədzadə bələdiyyə üzvləri və icra nümayəndələri ilə görüşüb. Yerli qaz istismarı və satışı idarəsinin texniki heyətinə rayonda adambaşına düşən təbii qazın həcminin dəqiq müəyyən edilməsi üçün tapşırıq verilib. N.Səmədzadə bildirib ki, 2008-ci ilə kimi sovetlər birliyi dövründə təbii qazla təmin edilən bütün yaşayış məntəqələrinə yenidən mavi yanacaq veriləcək.



Xaçmaz Qaz İstismarı və Satışı İdarəsinin rəisi Kamran Zülfüqarov əhalinin aztəminatlı təbəqəsinin müəyyən edilməsində çətinlik olduğunu, ancaq bu işin yaxın gələcəkdə yerli bələdiyyə və icra nümayəndələrinin köməyi ilə aradan qaldırılacağını bildirib. Onun sözlərinə görə, yoxsullar birinci mərhələdə idarənin işçiləri tərəfindən, gələcəkdə isə icra hakimiyyəti və sosial təminat şöbəsinin birgə siyahısına əsasən müəyyənləşdiriləcək.



Ötən həftə prezident İlham Əliyev «Azəriqaz» və «Azərenerji» səhmdar cəmiyyətlərinin rəhbərlərinə əhalinin aztəminatlı təbəqəsindən qaz və işıq pulu almamağı tövsiyə etmişdi.
XS
SM
MD
LG