Səs: Real audio
“Heydər Əliyevi ilahiliyə yüksəltmək cəhdlərindən sonuncusu” Azərbaycanda exit-poll təcrübəsi zəifdir. Hətta bəzi təşkilatlar exit-pol keçirdiklərini desələr də, bunu şübhə altına alanlar da var.
Prezidentin sərəncamında exit-poll sözünün işlədilməsi bu təcrübə üçün hüquqi bazanın yaradılması kimi də qiymətləndirilir. Çünki seçki qanununda exit-pol seçki monitorinqinin, müşahidəsinin bir forması kimi nəzərdə tutulub.
Mərkəzi Seçki Komissiyasının üzvü Vidadi Mahmudlu deyir ki, ötən prezident seçkilərində exit-pollar az keçirilmişdi, lakin xeyli qüsurlarla müşahidə olunmuşdu. İndi isə prezidentin fərmanı exit-pollar üçün normativ əsas yaradır. Ancaq qanunların qəbulu yalnız qanunverici orqanın səlahiyyətinə aiddir, prezidentin sərəncamı icra orqanlarına yönəlib. Vidadi Mahmudlu deyir ki, yaxşı olardı ki, exit polla bağlı məqam Seçki Məcəlləsində öz əksini tapsın.
Exit-pollar arasında kəskin fərq iki il bundan əvvəl keçirilmiş president seçkilərindən dərhal sonra olmuşdu. O vaxt nəticələri élan edilmiş exit-pollardan birinə görə Müsavat partiyasının başqanı İsa Qəmbər, digərinə görə İlham Əliyev seçkini udmuşdu.
ADAM sorğu mərkəzinin rəhbəri Rüfət Qaragözovun fikrincə, əgər Mərkəzi Seçki Komissiyasında həmin adamlar qalsa, əvvəlki seçkidən kəskin fərq olmayacaq.
MSK-nın üzvü Vidadi Mahmudlu deyir ki, hər şey prezidentin, ölkə rəsmilərinin seçkiyə münasibətindən asılıdır. Əgər seçkinin gedişinə müdaxilə olmasa, beynəlxalq təşkilatların təzyiqləri artsa, seçkinin demokratik keçməsiylə bağlı real addımlar atıla bilər.
Hüquq və İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənov Azərbaycanda exit-pollarla seçkinin nəticəsinin üst-üstə düşməməsini respublikada onların total xarakterli olmaması, bir neçə məntəqəni əhatə etməsiylə izah edir.
Prezidentin sərəncamında mərkəzi və yerli icra orqanlarına tapşrılır ki, exit poll prosesinin aparılmasına lazımi şərait yaratsınlar. Exit-polu kimin aparacağına gəlincə, ADAM sorğu mərkəzinin rəhbəri Rüfət Qaragözov deyir ki, əslində exit-polu istənilən sorğu mərkəzi keçirə bilər. Ancaq sorğu mərkəzləri nə hakimiyyətə, nə müxalifətə yaxın olmamalıdır. Bundan başqa seçki demokratik keçirilməlidir.
MSK-nın üzvü Vidadi Mahmudlu deyir ki, belə bir qarantiyanın olması üçün exit-polu keçirən şəxslərin tərəfsiz olmasının qayğısına qalınmalıdır.
Hüquq və İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənovun dediyinə görə, exit-polun obyektiv alınması üçün mümkün qədər çox seçki dairəsini əhatə etmək lazımdır. Digər tərəfdən exit-polu keçirən şəxslərin obyektivliyi də mühümdür.