Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 14:52

Vüqar Məmmədov azadlığa buraxıldı


Səs: Real audio
“Heydər Əliyevi ilahiliyə yüksəltmək cəhdlərindən sonuncusu” «Hürriyyət» və «Futbol+» qəzetlərinin sahibi Vüqar Məmmədov mayın 11-də məhkəmədən azadlığa buraxılıb. O, Cinayət Məcəlləsinin dələduzluq və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq maddələri ilə ittiham edilirdi.



V. Məmmədov 2004-cü ilin noyabr ayında həbs olunmuşdu. Mayın 11-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə ona 2 il müddətinə şərti cəza verib. Əvvəlki prosesdə dövlət ittihamçısı media mənsubuna 9 il həbs cəzası tələb etmişdi.



Ölkə mediası ilə bağlı başqa bir xəbər isə, 5 qəzetin- «Azadlıq», «Yeni Müsavat», «Bakı Xəbər», «Bizim Yol» və «Futbol+»un Bakı Metropoliteninin rəisi Tağı Əhmədova qarşı Yasamal rayon Məhkəməsində irəli sürdükləri iddianı geri götürməsidir. Qəzetlər iddiadan imtina edilməsini bu ilin aprelində qoyulmuş qadağanın ləğvi ilə əlaqələndiriblər.
XS
SM
MD
LG