Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:00

“Buş Gürcüstanda çıxışını Putinə ünvanladı”


Səs: Real audio
“Heydər Əliyevi ilahiliyə yüksəltmək cəhdlərindən sonuncusu” --“Moskou Tayms”



Sanki, keçmiş Azərbaycan prezidenti Heydər Əliyevin şərəfinə adlandırılan ictimai yerlər azmış kimi mərkəzi parklardan birinə də onun adı verilib. Tədbirin əsas məqsədi Fransada hazırlandığı bildirilən keçmiş prezidentin heykəlinin təqdimatı idi.



Bu, “Heydər Əliyevi ilahiliyə yüksəltmək cəhdlərindən sonuncusudur”. Bu cür avtokratiyalarda olduğu kimi, Azərbaycan keçmiş prezidentin kinlə gülümsəyən şəkilləri və kəlamları həkk olunan plakatlarla doludur. Tarazlıq naminə indiki prezident İlham Əliyevdən də sitatlar verilir. Amma elə bu sitatlar da atasının tərifini göylərə qaldırmağa xidmət edir.



Ancaq post-Sovet ölkələri üzərində rüzgarlar əsir. Və belə bir şəraitdə bu ilahiləşdirmənin qarşıdakı parlament seçkilərindən uğurla çıxacağı sual altındadır.



Müxalifət qrupları fəallaşmaqdadır. Ancaq xaricdən dəstək olmadan az şey dəyişəcək. Regionda işgüzar maraqları olan Birləşmiş Ştatlar və Britaniyanın nəsə bir şey edəcəyi hələ də şübhəlidir.



Demək olmaz ki, Qərbin neft şirkətləri ölkədə demokratik plüralizmin əleyhinədir. Ancaq hazırda onlar qeyri-sabitlikdən daha çox qorxurlar.



--“Vaşinqton Post”



Tbilisidə prezident Buş Vladimir Putinə yüngül zərbə endirib. O, Saakaşvilinin separatçı Abxaziya və Cənubi Osetiyanı dinc şəkildə Gürcüstanın nəzarətinə qaytarmaq planını təqdir edib.



Moskvanın separatçılara göstərdiyi yardıma açıq-aydın eyham vuraraq Buş deyib ki, “Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməlidir”.



Ancaq bu sözləri Rusiyaya xoş gələ biləcək başqa bir ifadə ilə tarazlaşdıran Buş qeyd edib ki, Gürcüstan da Abxaziya və Cənubi Osetiya əhalisinin hüquqlarına hörmət etməlidir.



Tbilisidə, “Azadlıq” meydanında müxalif Belarus Vahid Xalq partiyasının lideri Anatoli Lyabedka da olub.



Lyabedka və onun həmkarları “Belarusa azadlıq” şüarını tutmuşdular.



--“İnterneşnl Herald Tribyun”



Abxaziya prezidenti Serqey Baqapş Buşu tənqid edib.



“İnterfaks” agentliyinə müsahibədə o deyib ki, “referendumda abxaz xalqı artıq müstəqil dövlət lehinə seçim edib və bu seçimə hörmət olunmalıdır”.



Tbilisidə izdiham qarşısında çıxışı zamanı Buş gürcülərə xəbərdarlıq edərək bildirib ki, son uğurlara baxmayaraq, demokratik seçkilər hələ başlanğıcdır.



ABŞ prezidenti Saakaşvilini ölkədə dərin kök salmış korrupsiyayla mübarizə apardığına, silahlı qüvvələri modernləşdirdiyinə və vergi yığımını artırdığına görə tərifləyib.



Ancaq “Hyuman Rayts Votç” insan haqları təşkilatı Saakaşvilini işgəncələr və məhkəmələrlə sövdələşmələr sisteminin tətbiqinə görə tənqid edir. Bu sistem müttəhimlərə hökumətə pul ödəməklə məhkəmədən yayınmaq imkanı verir.
XS
SM
MD
LG