Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:30

E. Məmmədyarov: “Prezidentlərin Varşava görüşünə ehtiyac var”


Səs: Real audio
“Heç nə qələbədə Sovet ordusunun xidmətinə kölgə sala bilməz” Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyir ki, Dağlıq Qarabağ probleminin nizamlanması istiqamətində işlərin hansı yolla aparılacağı artıq məlumdur. Ona görə də Azərbaycan və Ermənistan prezidentlərinin Varşava görüşünə ehtiyac var.



Nazir Məmmədyarovun sözlərinə görə, çox güman ki, prezidentlərin bu görüşü baş tutacaq.



«Həmin görüşdən sonra isə hansı işləri görmək məsələsi müəyyənləşəcək. Ancaq Varşava görüşünə qədər biz həmsədrlərlə xeyli iş aparmışıq».



Elmar Məmmədyarov deyir ki, Varşava görüşündən sonra prezidentlər xarici işlər nazirlərinə danışıqları hansı istiqamətdə aparmaq barədə tapşırıqlar verməlidirlər



Cəmiyyətdə Dağlıq Qarabağla əlaqədar artıq hansısa sazişin mövcudluğu barədə səslənən fikirlərə gəlincə, nazir heç bir şazişin olmadığını bildirdi.
XS
SM
MD
LG