Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:58
Rubrikalar

Xəzərin statusu Tehranda müzakirə olunacaq


Səs: Real audio
“Buş Moskva səfəri ərəfəsində rusları qəzəbləndirib” Bu il Azərbaycanda 2-ci Dünya Müharibəindəki qeydə alınan rekord miqdarda – 20 milyon 293 min ton neft çıxarılacaq. Azərtac agentliyinin məlumatına görə, çıxarılan neftin əsas hissəsi Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin – ABƏŞ-in payına düşəcək. Ötən 2004-cü ildə isə Azərbaycanda 9 milyon tondan az neft çıxarılıb.



Mayın 16 və 17-də Tehranda Xəzərin statusu ilə bağlı konvensiya müzakirə olunacaq.

5 Xəzəryanı ölkənin –Rusiya, Türkmənistan, Azərbaycan, Qazaxıstan və İranın nümayəndələri xüsusi işçi qrupu tərkibində konvensiyanın hüquqi tərəfini hazırlayacaqlar. Məqsəd sənədi gələcəkdə ölkə başçıları imzalamasına hazırlamaqdır. Ria-Novosti agentliyinin məlumatına görə, İranın Xəzərin 20 faiznə iddiası və Türkmənistanla Azərbaycan arasında bəzi yataqlarla bağlı anlaşılmazlıqlar olması danışıqların əsas mövzularındandır. Xəzərin hüquqi statusunun müzakirələri 1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra başlayıb.



Milli Bankdan aldığımız son məlumatlara görə, 1 dollar 4801, 1 rubl 172, 1 avro isə 6213 manat olub.
XS
SM
MD
LG