Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:49

Venesiya Komissiyası Seçki Məcəlləsini hökumətlə müzakirə edəcək


Səs: Real audio
“Buş Moskva səfəri ərəfəsində rusları qəzəbləndirib” Avropa Şurası Venesiya Komissiyasının Seçki Məcəlləsi haqda ekspert rəyi mayın 15-də hazır olacaq. Amma həmin rəy açıqlanmazdan öncə Azərbaycan hökuməti ilə danışıqlar aparılacaq. Mayın sonu, iyunun əvvəlində həmin rəy ictimai müzakirə üçün açıq olacaq.



Venesiya Komissiyasının əməkdaşı Serqey Kuznetsovdan aldığımız məlumatda belə deyilir.



Cənab Kuznetsov Azərbaycan hakimiyyətinin Seçki Məcəlləsinə etdiyi dəyişikliklər haqda danışmasa da, bildirir ki, onun təmsil etdiyi qurum və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu sözügedən sənədə dəyişikliklərlə bağlı bir il əvvəlki rəylərində qalırlar. Eləcə də seçki komissiyalarının tərkibinin dəyişdirilməsində israrlıdırlar.



«Seçki prosesi çərçivəsində komissiya vacib elementdir. Və biz 2004-cü ildə dediyimiz fikirdə qalırıq».



Serqey Kuznetsov deyir ki, əslində, indiki komissiyalarla da işləmək, seçki keçirmək olardı. Ancaq təcrübə və müşahidəçilərin rəyləri başqadır.



«İndiki halda komissiyanın üçdə biri parlamentdə üstünlük sahibi olan hakim partiyadan ibarətdir, üçdə biri bitərəflərdən, yerdə qalanı müxalifətdən. Prinsipcə, hər şey praktikadan, yəni qanunun tətbiqindən asılıdır. Mən hesab edirəm ki, qanun düzgün tətbiq olunarsa, bəlkə də seçkilərin demokratik keçirilməsini təmin etmək olar. Hərçənd, xeyli sayda müxtəlif fikirlər var».



Seçki Texnologiyaları İnstitutunun rəhbəri Şirzad Məmmədli isə Venesiya Komissiyasının əməkdaşı ilə razı deyil.



O deyir ki, ilk baxışda, ədalətli bölgü aparılsa da, indiki halda həmin komissiyalarda ən böyük problem bitərəflərlə bağlıdır.



Şirzad Məmmədli daha bir məqama toxunur ki, bu seçki komissiyalarının üzvləri ötən prezident seçkilərində təzyiqlərə məruz qalıblar. Və təzyiq altında saxta sənədə imza atan şəxslərin növbəti seçkidə iştirakı absurd olardı.



Ona görə də Seçki Texnologiyaları İnstitutunun rəhbəri hesab edir ki, komissiyalarda bitərəflərə yer ayrılmamalıdır, bütün yerlər parlament seçkilərində bir faizlik baryeri aşan iqtidarlı-müxalifətli səkkiz partiya arasında bölünməlidir.



Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel də ötən həftə radiomuza açıqlamasında demişdi ki, komissiyalarda müxalifət və iqtidara bərabər şərait yaradılmalıdır. Əks halda, komissiyaların indiki vəziyyəti böyük risk olacaq.
XS
SM
MD
LG