Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:55

«Panorama»nın bu dəfəki qonağı iqtidar-müxalifət partiyaları görüşünün iştirakçısı Ana Vətən partiyasının sədri, millət vəkili Fəzail Ağamalıdır


Səs: Real audio
“Buş Moskva səfəri ərəfəsində rusları qəzəbləndirib” Ötən həftəyə nəzər salanda ən yadda qalan hadisə iqtidar-müxalifət partiyalarının görüşü oldu. Suallar çoxdur: bu görüşlər nə qədər davamlı ola bilər; tərəflər nə qədər uzağa gedə və real nəticələr əldə edə bilərlər?



Ana Vətən partiyasının sədri Fəzail Ağmalı ilə söhbətdə mən Şahnaz Bəylərqızı, «Gün» qəzetinin əməkdaşı Elxan Şahinoğolu və «Xalq» qəzetinin əməkdaşı Qalib Arif bu suallara cavab almağa çalışdıq.



Partiya sədri görüşün davamlı olacağına inanır və hətta istisna etmir ki, tərəflərin seçki ərəfəsində konkret bir sənəd, bəyannamə imzalaya biləcəklərini istisna etmir. Belə ki, həmin sənəddə iqtidar seçkilərin azad və ədalətli keçirilməsinə, müxalifət isə seçkilərdən sonra hər hansı qarşıdurma və ya toqquşma olmayacağına təminat verdiyinə imza atır. Amma Fəzail Ağamalı müxalifətlə iqtidarın imzalayacağı bu bəyannamədə hansısa beynəlxalq qurumun qarant durmasını istəmir. Hesab edir ki, tərəflər özləri bunu vasitəçisiz də reallaşdıra bilərlər.
XS
SM
MD
LG