Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:05
Rubrikalar

Bakı-Astara və Bakı-Şamaxı magistral yolları çəkiləcək


Səs: Real audio
“Buş Moskva səfəri ərəfəsində rusları qəzəbləndirib” “Naxçıvan” adlı neft yatağının işlənməsindən imtina etdiyi üçün “ExxonMobil” şirkəti Azərbaycana kompensasiya kimi 27 milyon dollar ödəməyi təklif edib., Azərbaycan dövlət neft şirkəti təklif olunan məbləğlə razılaşıb və şirkətin prezidenti Natiq Əliyev artıq müvafiq müqavilənin müzakirə olunduğunu deyib. “ExxonMobilin” “Naxçıvan” yatağından imtinasının səbəbi ilk qazma quyusundan neft çıxmaması ilə bağlıdır. Dövlət neft şirkətinin mətbuat katibi Məmməd Mirzəyevdən aldığımız məlumata görə, ExxonMobil əlavə bir quyu da qazmalıdır və bundan sonra son qərar veriləcək. Bu şirkətin digər – “Zəfər-Məşəl” neft yatağından imtina məsələsi hələ ki müzakirə olunmur. Exxon Mobile şirkəti BTC-nin və Əsrin kontraktının payçısıdır.



Dünya Bankı Bakı-Astara və Bakı-Şamaxı yollarının çəkilişini maliyyələşdirəcək. Bankın Bakı ofisinin nümayəndəsi Zaur Rzayevdən aldığımız məlumata görə, Dünya bankı Bakı-Astara yolunun tikintisini daha vacib hesab etdiyindən, öncə bu layihə gerçəkləşdiriləcək. Sonra isə Bakı-Şamaxı yolunun layihəsi hazırlanacaq. Zaur Rzayevin sözlərinə görə, Bakı-Astara yolunun layihəsi hazırlanır və yaxın aylarda baş tutacaq qiymətləndirmədən sonra yolun çəkilməsi hissə-hissə maliyələşdiriləcək. Qiymətləndirmə aparılmadığından ayrılacaq kreditin məbləği də hələlik müəyyənləşdirilməyib.



Mayın 6-da Milli Bankdan aldığımız məlumata görə, 1 dollar 4801, 1 rubl 172, avro isə 6213 manatdır.
XS
SM
MD
LG