Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:49

ABŞ Azərbaycana 62.5 milyon dollar ayırmağı planlaşdırır


Səs: Real audio
“Buş Moskva səfəri ərəfəsində rusları qəzəbləndirib” Qarşıdakı maliyyə ilində ABŞ Azərbaycana 62.5 milyon dollar yardım ayırmağı planlaşdırır.



Bu barədə iqtisadi əməkdaşlıq üzrə ABŞ-Azərbaycan dövlətlərarası işçi qrupun amerikalı həmsədri Tomas Adams məlumat verib.



Onun bildirdiyinə görə, bu vəsait müxtəlif sahələrə, o cümlədən demokratiyanın inkişafı proqramlarına (8 milyon dollar), humanitar layihələrə (8 milyon dollar), özəl sektorda təşəbbüslərin dəstəklənməsinə (11 milyon dollar), hərbi proqramlara (8.5 milyon dollar), köhnə hərbi sursatların məhv edilməsinə (11 milyon dollar) və bir sıra başqa sahələrə sərf ediləcək. Amma yardımın məbləği barədə son sözü Amerika Konqresi deyəcək.



«Amerikanın büdcəsində kəsir var və ona görə də bütün dövlətlərə yardım azalıb. Biz Konqresə müraciət edəcəyik ki. Azərbaycan üçün nəzərdə tutulan yardımın məbləği çox azaldılmasın. Çünki, «907-ci düzəliş»in qüvvədə olması səbəbindən biz uzun müddət bir sıra məsələlərlə bağlı Azərbaycana yardım göstərə bilməmişik».



Tomas Adams Azərbaycanın «Minilliyin çağırışı» proqramına qoşulub ABŞ-dan yeni yardımlar almaq istəyinə də münasibətini bildirdi. (Gürcüstan və Ermənistandan fərqli olaraq Azərbaycan bu proqrama qəbul edilməyib).



O dedi ki, həmin proqrama qoşulmaq üçün Azərbaycan bəzi meyarlara cavab verməlidir.



Cənab Adamsın fikrincə, Azərbaycan «iqtisadi azadlıqların qorunması», «hökumətin öz ölkəsinə sərmayə qoyması» kimi meyarlarla bağlı müəyyən irəliləyişlər əldə etsə də, «ölkənin ədalətli idarə edilməsi» meyarına əməl olunması sahəsində vəziyyət yaxşı deyil.



Onun bildirdiyinə görə, «ölkənin ədalətli idarə olunması» kriterisinə söz və mətbuat azadlığının səviyyəsi, hökumətin korrupsiyaya qarşı necə mübarizə aparması, azad seçkilər, sərbəst toplaşmaq hüququnun nə dərəcədə təmin edilməsi və digər amillər daxildir.



İşçi qrupun Azərbaycandan olan həmsədri Əvəz Ələkbərov isə Azərbaycanın «Minilliyin çağırışı» proqramına uyğun olmaması ilə bağlı fikirlərlə tam razı olmadığını dedi. Amma o, da qeyd etdi ki, hər iki tərəf Azərbaycanın həmin kriterilərə uyğunlaşdırılması istiqamətində birgə işi davam etdirmək niyyətindədir.
XS
SM
MD
LG