Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 13:45

AŞ PA həmməruzəçisi seçkiqabağı şəraitdən narazıdır


Səs: Real audio
“Moskvada təcili yardım maşınlarının hərəkəti məhdudlaşdırılıb” Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel iqtidar və müxalifət partiyalarının bir araya gəlib seçki ərəfəsi vəziyyəti müzakirə etməsini yüksək qiymətləndirir.



«Mən hökumət tərəfi ilə müxalifət partiyalarının danışıq aparmasını çox müsbət qarşılayıram. Hesab edirəm ki, hökumət müxalifət partiyalarına seçkilərdə müsbət şərait yaratmalıdır. O biri tərəfdənsə, müxalifət özü də bəzi addımlar atmalıdır. Debatın mövzusu isə fövqəladə məsələlər yox, siyasi mövzu olmalıdır…»



Amma bununla belə, cənab Herkel deyir ki, ötən seçkidən il yarım vaxt ötsə də, Azərbaycanda heç bir müsbət dəyişiklik hiss olunmur. Onun sözlərinə görə, seçki üçün normal şərait ən azı yarım il qabaq yaradlımalıdır. Amma hələ ki, bu şərait yoxdur. Məsələn, həmməruzəçi mətbuatın azad olmamasından narahatdır.



Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin Seçki Məcəlləsinə «texniki» dəyişikliklər ediləcəyi və seçki komissiyalarının tərkibinin dəyişdirilməyəcəyi haqda fikrinə Andres Herkelin münasibəti belə oldu:



«Biz heç bir texniki və ya formal dəyişiklik istəmirik».



Həmməruzəçinin qənaətincə, seçki komissiyalarında mütləq iqtidar və müxalifət arasında bərabərlik olmalıdır ki, tərəflər seçki prosesinə eyni dərəcədə nəzarət edə bilsinlər.



«Nəzəri olaraq, yaxşı Seçki Məcəlləsi olmadan da azad və şəffaf seçkilər keçirmək mümkündür. Amma praktiki baxımdan mənim Azərbaycanla bağlı xeyli şübhələrim var. Seçki komissiyalarının tərkibində iqtidar-müxalifət qüvvələrinin sayı mütənasib deyil. Ona görə də biz Seçki Məcəlləsinə texniki və ya formal dəyişiklik edilməsini istəmirik. Eyni zamanda, komissiyalarda iqtidar-müxalifət qüvvələrinin bərabərliyini istəyirik. Və qeyri-hökumət təşkilatlarının seçkiləri izləməsinə şərait yaradılmasını istəyirik».



Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisinin sözlərinə görə, tərəflərə seçkidə bərabər şəraitin yaradılmaması böyük risk olardı.
XS
SM
MD
LG