Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:51
Rubrikalar

İnflyasiyanın qarşısı alınması haqqında fərman imzalanacaq


Səs: Real audio
“Moskvada təcili yardım maşınlarının hərəkəti məhdudlaşdırılıb” Beynəlxalq Valyuta Fondu Azərbaycandakı inflyasiyanı aradan qaldırmaq üçün təkliflər verib. İqtisadi İnkişaf naziri Fərhad Əliyev beynəlxalq qurumun ölkədəki qiymət artımından narahat olduğunu deyir. Onun sözlərinə görə, hökümət inflyasiyanın qarşısını artıq alıb. Bu yaxınlarada isə qiymət artımını dayandırmaq üçün prezident xüsusi fərman verəcək.



İqtisadi İnkişaf Naziri Fərhad Əliyev fərmanda neft gəlirlərinin iqtisadiyyata mənfi təsirinin aradan qaldırılması, Neft Fondunun idarə olunması, çirkli pulların iqtisadiyyatdakı roluna diqqət ayrılacağını və iri vergi ödəyici şirkətlər haqqında sərəncamlar olacağını deyir. Bundan əlavə nazir rəqabət haqqında məcəllənin parlamentə göndərildiyini və bu qanuna görə, İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Departamentinə monopoliyaların süni şəkildə qaldırdıqları qiymətləri endirmək səlahiyyəti veriləcək. Onun sözlərinə görə, hökümət uzunmüddətli tədbirlər nəticəsində ilin əvvəlində proqnozlaşdırılan kimi inflyasiyanı 5 faizə endirəcək. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, hazırda qiymət artımı təxminən 13 faizdir.



“Azərenerji” Naxçıvan Muxtar respublikası üçün yeni elektrik avadanlığı alacaq. Bu məqsədlə Ukraynadan 40 kilometr uzunluğunda alüminium məftillər, 40 ton naqil və 70 transformator alınacaq. Bundan əlavə, Koroğlu stansiyasındakı 2 iri transformator yenidən qurulacaq, biri də İrandan gətiriləcək. Azərtac agentliyinin məlumatına görə, “Azərenerji” yeni avadanlıq üçün 460 min dollar ayrılıb.



Mayın 5-də Milli Bankdan aldığımız məlumata görə, 1 dollar 4805, 1 rubl 172, avro isə 6219 manatdır.
XS
SM
MD
LG