Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:52

Bir qrup siyasətçi Azərbaycanda parlament seçkilərindən sonra dəyişiklik gözləyir


Səs: Real audio
“Moskvada təcili yardım maşınlarının hərəkəti məhdudlaşdırılıb” Bəzi siyasətçilər ötən prezident seçkilərindən sonra indi Azərbaycanda fərqli vəziyyət yarandığını düşünür, ona görə də nəsə bir dəyişiklik gözləyir.

Şərq-Qərb araşdırmaları mərkəzinin rəhbəri Ərəstun Oruclu deyir ki, Amerika prezidenti Corc Buş ikinci dəfə prezident seçiləndən sonra xarici siyasət doktrinasında yeni prioritetlər təyin edib. Birləşmiş Ştatlar Gürcüstanda, Ukraynada baş vermiş inqilabları dəstəkləyib. Demokratik islahatlara çağırış isə azad və ədalətli seçkinin keçirilməsindən daha dərin anlayışdır.

İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Hikmət Hacızadə isə belə bir arqument gətirir ki, son iki, yəni prezident və bələdiyyə seçkilərini qərb mənfi qiymətləndirib, onların demokratik standartlardan uzaq olması barədə bəyanatlar verib və bununla da Azərbaycanı demokratiya yoluna çəkməyə çalışıb.



Ana Vətən partiyasından Zahid Orucun fikri belədir ki, Azərbaycanda seçkinin demokratiyaya doğru bir addım adlandırılması obyektiv qiymətdir, çünki Azərbaycan bu yolda addım-addım irəliləyir.

Şərq-Qərb araşdırmaları mərkəzinin rəhbəri Ərəstun Oruclu düşünür ki, əgər seçkilər azad və ədalətli keçsə, indiki metodlarla işləyən hakimiyyət məğlubiyyətə düçardır. Əks halda isə vətəndaş itaətsizliyi, onun bir forması kimi məxməri inqilab qaçılmazdır.



İqtisadi və Siyasi araşdırmalar mərkəzinin rəhbəri Hikmət Hacızadə parlament seçkisinin düzgün keçəcəyinin əlamətini görmədiyini deyir, komissiyaların tərkibi dəyişdirilməycək, seçki təbliğatı üçün hələ ki, bərabər imkan yaranmayıb.



Hikmət Hacızadə seçkinin demokratik keçməyəcəyi halda inqilab variantını istisna etmir.



Ana Vətən partiyasından Zahid Oruc seçkiqabağı şəraiti normal adlandırır. İnqilabla bağlı fikirləri bəzi qüvvələrin ajiotaj yaratmaq istəyilə əlaqələndirir.

Zahid Oruc bu halda seçkidən sonra ölkədə qarışıqlıq yaranacağını istisna etmir.
XS
SM
MD
LG