Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:10

Yayım Şurası İctimai TV-yə binanın verilməsinin gecikməsindən narahatdır


Səs: Real audio
“2004-cü ildə dünyada 53 jurnalist qətlə yetirilib” Yeni yaradılan İctimai Televiziyanın Yayım Şurası bu televiziyanın yerləşdirilməsiylə bağlı fərmanının icrasının yubadılmasından narahatdır.



Yayım Şurasının son iclasında Nazirlər Kabinetinin “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin əmlakının bir hissəsinin İctimai Televiziyaya verilməsi və bununla əlaqədar yaradılmış komissiyanın işi müzakirə olunub.



Yayım Şurasının sədri Cahangir Məmmədlinin fikrincə, fərmanın icrası gecikdirilir.



O, deyir ki, İctimai TV-yə təklif edilən radiozavodun binası təmir edilənəcən ən azı hələlik dövlət radiosunun binası onlara verilməlidir.



Qapalı səhmdar cəmiyyət isə ölkə prezidentinin fərmanının yubadılması barədə deyilənləri rədd edir.



Dövlət radiosunun xalq yaradıcılığı şöbəsinin müdiri Əhməd Oğuz deyir ki, İctimai Televiziyaya bir neçə otaq təklif edilib, avadanlıq bölünüb.



Yayım Şurası bu günlərdə Nazirlər Kabinetinin müvafiq komissiyasının üzvləri ilə görüşəcək.
XS
SM
MD
LG