Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:03

«Hakim ailə ANS-ə qarşı hücuma keçib»


Səs: Real audio
“2004-cü ildə dünyada 53 jurnalist qətlə yetirilib” «Bu gün iqtidarla müxalifət bir araya gəlir» məqaləsində «525-ci qəzet» yazır ki, bu görüş gələcək qarşıdurmaların qarşısını almaq üçün çoxdan baş tutmalı idi.



«Yeni Azərbaycan» qəzeti yazır ki, prezident İlham Əliyevə görə, erməni separatizmi regionun Avropaya inteqrasiyasına böyük əngəllər törədir. Bu fikirlər Latviyadan olan nümayəndə heyəti ilə görüşdə səslənib.



«Elmar Hüseynovun qatili bəlli oldu». «Üç nöqtə» qəzeti yazır ki, 46 yaşlı Gürcüstan vətəndaşının axtarışına başlanıb.



«Hakim ailə ANS-ə qarşı hücuma keçib» məqaləsində «Bakı Xəbər» yazır ki, Cəlal Əliyev başda olmaqla YAP-çı deputatlar bu telekanalı hədələməkdən çəkinmir.



««Azəriqaz», «Barmek» və «Bayva»nın işi araşdırılır» məqaləsində «Xalq Cəbhəsi» qəzeti yazır ki, bir neçə nazirlikdə də korrupsiya halları ilə bağlı yoxlamalar aparılacaq.



«Azərbaycan» qəzeti yazır ki, AXCP və Müsavat hakimiyyətləri dövründə 9 Mayı qələbə günü kimi dövlət bayramları sırasından çıxarmaqla tarixi ədalətsizliyə yol verib. Amma hazırki iqtidar bu haqsızlığı da aradan qaldırdı.



«Exo» qəzeti yazır ki, Yeni Azərbaycan partiyası qapılarını müxalifətçilərin üzünə açır. Qəzet yazır ki, bu görüşdən çox şey asılıdır.



«Azərbaycanda inqilabi situasiya yoxdur». Bu fikirləri «Ayna» qəzetinə söyləyən politoloq Zərdüşt Əlizadə iqtidarla müxalifətin məntiq deyil, instinqlə fəaliyyət göstərdiyini deyir.
XS
SM
MD
LG