Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:13

Azərbaycanda məsafəli təhsil almaq olar


Səs: Real audio
“2004-cü ildə dünyada 53 jurnalist qətlə yetirilib” Evdə oturmaqla varsa təhsil almaq olar. Bu artıq Azərbaycanda da mümkündür. Bunu üçün yalnız internetə qoşulmuş kompüter lazımdır. Azərbaycanda fəaliyyət göstərən İrex təşkilatı ölkədə ilk dəfə olaraq Azərbaycan dilində 5 istiqamət üzrə distant kurslar təşkil edir. İrexin Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Əli-Bayramlı, Lənkəran və digər nümayəndəliklərində, internet klublarda və evdəki kompüterlərlə dərs oxumaq, imtahan vermək və müəllimlə internet əlaqədə olmaq imkanı yaranıb. İREX təşkilatının Azərbaycan üzrə meneceri İsrail Asaliyev kursların tam pulsuz olduğunu deyir. Onun sözlərinə görə, misal üçün universitetlərə hazırlaşan abituriyentlər kimya və fizikadan kurslarda iştirak edə bilərlər. Bundan əlavə jurnalistika, qeyri-hjökümət təşkilatlarının yaradılması və Microsoft Excel üzrə kurslar da olacaq.



İREX təşkilatının meneceri İsrail Asaliyevin sözlərinə görə, distant təhsil akademiyasında ilk kurslar may ayı ərzində fəaliyyətə başlayacaq. Hər istiqamət üzrə 30-a qədər tələbə təhsil almaq şansı qazanacaq. Amma bu haqda daha ətraflı öyrənmək və məlumatı hardan əldə etmək sualına cavab tapmaq istəyirsinizsə bizim internet səhifəmizə baxa bilərsiniz. Ünvanımız belədirI www.azadliq.org

Daha ətraflı məlumatı bu ünvana müraciət etməklə öyrənmək olar: www.iatp.az v’ ya Bakı şəhəri, Süleyman Rəhimov küçəsi 128.
XS
SM
MD
LG