Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 14:12

Hüquq-mühafizə orqanları E. Hüseynovun qətlində şübhəli bildiyi adamın adını açıqladı


Səs: Real audio
“2004-cü ildə dünyada 53 jurnalist qətlə yetirilib” MTN, DİN və Respublika Prokurorluğunun birgə yaydığı məlumatda bildirilir ki, «Monitor» jurnalının redaktoru Elmar Hüseynovun qətlində şübhəli bilinən adamın şəxsiyyəti müəyyən edilib.



O, əslən azərbaycanlı olan Gürcüstan vətəndaşı Tahir Xubanovdur.



Məlumatda Tahir Xubanovun Elmar Hüseynovu izlədiyi iddia olunur. Və bildirilir ki, Tahir Xubanov bir neçə dəfə Elmar Hüseynov evdə olmayanda onun mənzilinə gəlib, həyat yoldaşına özünü “Vüsal” kimi təqdim edib və jurnalistlə görüşmək istədiyini deyib.



MTN, DİN və Respublika Prokurorluğunun məlumatında bildirilir ki, hazırda Tahir Xubanov Bakıda deyil və onun haqqında axtarış elan edilib.



Jurnalistin qətlində hansısa formada iştirakda şübhəli kimi dindirilmiş Tuqay Bayramovun vəkili Namizəd Səfərovsa deyir ki, istintaqa şübhəli şəxs kimi bir neçə nəfərin adı məlumdur. Onun müdafiə etdiyi Tuqay Bayramovun hansısa gürcüstanlı qohumunun da adı çəkilir. Amma vəkil istintaq sirrini yaymamaq barədə xəbərdarlıq aldığı üçün daha detallı məlumat vermədi.



Rəsmi məlumatda adıçəkilən Tahir Xubanovun yaxınları ilə isə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı.



«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov martın 2-də yaşadığı mənzilin qarşısında qətlə yetirilib. Hadisə ilə bağlı cinayət işi əvvəlcə ölkə prokurorluğunda açılıb. Hazırda isə araşdırmaları MTN-in İstintaq İdarəsi davam etdirir.
XS
SM
MD
LG