Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:59

Cəlal Əliyev ANS-in ünvanına sərt ittihamlar səsləndirdi


Səs: Real audio
“Dondurma adamı xoşbəxt edir” Milli Məclisin mayın 3-də keçirilən iclasında millət vəkili, prezidentin əmisi Cəlal Əliyev ANS Şirkətlər Qrupunu və onun rəhbərliyini böyük miqdarda narkotik maddələr alveri ilə yanaşı digər ağır cinayətlərdə ittiham etdi.



Millət vəkili ANS-in, eləcə də onun vitse-prezidenti Mirşahin Ağayevin ünvanına təhqiramiz ifadələr işlətdi.



«Onlar çirkin fəaliyyətlə - narkotik maddələr və qadın alveri ilə məşğuldurlar».



Cəlal Əliyevin fikrincə, ANS-in əməkdaşları və şəxsən Mirşahin Ağayev Azərbaycanın ləyaqətli şəxslərinə böhtan atır, onları təhqir edir.



«Bunlar düşməndirlər. Seçki qabağı adamları ləkələməyə başlayıblar. Qeyrəti olan millət vəkilləri bununla bağlı öz sözlərini deməlidirlər».



ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev isə deyir ki, bu cür təhqir və hədələrdən qorxub çəkinən deyil.



«Cəlal Əliyev mənim ünvanıma o qədər ittihamlar söylədi ki, indiyədək azadlıqda olmağım özümə də təəccüblü görünür.



Hər bir kəs öz hərəkətlərinə görə cavab verməlidir. Azərbaycan xalqı kimin kim olduğunu çox yaxşı bilir. Mənim Azərbaycanın fəhləsinə, ziyalısına, sahibkarına, məmuruna və millət vəkilinə çox böyük hörmətim var. Haqq, vətən və millət yolunda ölməyi çox böyük şərəf hesab edirəm. Bir şeyə təəssüflənirəm ki, Cəlal Əliyev Heydər Əliyevin qardaşıdır».



Mirşahin Ağayev deyir ki, bir jurnalist olaraq korrupsiyaya qarşı mübarizəni bundan sonra da davam etdirəcək.



ANS Şirkətlər Qrupunun təsis etdiyi «Hesabat» jurnalının aprelin 23-də nəşr edilən ilk sayında Azərbaycanın ən varlı adamlarının siyahısı verilmişdi. Həmin siyahıda Cəlal Əliyevin adı 2-ci yerdə göstərilib.
XS
SM
MD
LG