Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:01

Azərbaycan jurnalistlərin qətlə yetirildiyi ölkələr siyahısındadır


Səs: Real audio
“Dondurma adamı xoşbəxt edir” Bir sıra beynəlxalq jurnalist təşkilatlarının Beynəlxalq mətbuat azadlığı günüylə bağlı hesabatlarında Azərbaycanın da adı hallanır.



Jurnalistləri Müdafiə Komitəsi bu il öldürülmüş jurnalistlər sırasında “Monitor”un baş redaktoru Elmar Hüseynovun adını çəkir. Qeyd olunur ki, bu hücum yaxşı planlaşdırılıb və təşkil olunub.



Komitə Bakı Mətbuat Klubunun direktor müavini Çingiz Sultansoy və “Monitor”un əməkdaşı Eynulla Fətullayevlə müsahibələr dərc edib. Eynulla Fətullayevin dediyinə görə, Elmar Hüseynovun qətli onun jurnalist fəaliyyətiylə bağlı olub.



Təşkilatın hesabatında bildirilir ki, tənqidi yazılarına görə bu jurnala qarşı bir sıra cinayət işləri qaldırılıb. 2003-cü ilin prezident seçkilərindən sonra hökumət media və müxalifət fəallarına hücumu artırıb. Elmar Hüseynov da məhz belə bir vaxtda qətlə yetirilib.



"Sərhədsiz Reportyorlar" təşkilatının yaydığı hesabatda da qətlə yetirilimiş jurnalistlər sırasında Elmar Hüseynovun adı çəkilir. Qeyd olunur ki, rusdilli “Monitor” jurnalı korrupsiyayla bağlı bir sıra araşdırmalar dərc edib, hökumət üzvlərinin hakimiyyətdən sui-istifadəsinə toxunub.



Təşkilatın hesabatında o da qeyd olunur ki, 2003-cü ilin prezident seçkilərindən sonra müxalifətyönlü jurnalistlər üçün şərait pisləşib. 2004-cü ildə 2 jurnalist oğurlanıb, 1-i məhkum olunub, 8-i həbs edilib, 6-sı isə fiziki hücuma məruz qalıb.



Azərbaycan Xalq Cəbhəsi partiyası “islahatçılar” qanadının sədri Əli Kərimli Azərbaycanda söz və mətbuat azadlığına qarşı təzyiqlərdən təəssüfünü bildirir.



Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev isə beynəlxalq təşkilatların Azərbaycanda media azadlığıyla bağlı dedikləriylə razılaşmır, ölkədə media üçün normal şərait olduğunu vurğulayır.
XS
SM
MD
LG