Səs: Real audio
“Dondurma adamı xoşbəxt edir” «Yeni siyasət» və ya qısaca desək «YeS» blokuna mayın 2-də 4 partiya – Sosial Demokrat, Milli İstiqlal, Liberal və Milli Hərəkat, eyni zamanda 73 qeyri-hökumət təşkilatı qoşulub.
Beləliklə, Sosial Demokrat partiyasının həmsədri, keçmiş prezident Ayaz Mütəllibov da seçkilərdə iştirak etməlidir. Blokun üzvü Eldar Namazovun sözlərinə görə, cənab Mütəllibovun iştirakı üçün onlar eks-prezidentlə bağlı cinayət işinin ləğvinə çalışacaqlar.
Fərdlər bloku kimi yaradılan «Yeni siyasət» blokuna indi ayrı-ayrı şəxslərdən daha çox təşkilatlar, partiyaların qatılmasını isə Eldar Namazov belə izah etdi:
«Biz ilk gündən bu blokun hamı üçün açıq olduğunu demişdik və bu, təbii qarşılanmalıdır».
«Turan» informasiya agentliyinin eksperti Zəfər Quliyevsə fərdlər bloku kimi tanınan «YeS» blokunun genişlənməsinin uğur gətirəcəyini düşünmür.
O, bununla bağlı bir misal da gətirir. Bir neçə il əvvəl çoxsaylı müxalifyönlü partiya və qurumlardan yaradılmış Seçki İslahatları və Demokratik Seçkilər Uğrunda Hərəkat - SİDSUH kimi təşkilat nəticədə idarə oluna bilmədi.