Keçid linkləri

2024, 02 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:09

Bu həftə Təbriz Ekspresdə: Pişəvərinin müavini Dr. Cahanşahlı: "İranın azərbaycanlıları heç vaxt İrandan ayrılmaq istəmirlər"


Səs: Real audio
“Qazaxıstanda seçki zamanı etiraz aksiyaları qadağan olunub” Ötən verlişdə olduğu kimi «Gün səher» qəzetinin şərhçisi Elxan Şahinoğlu və «Xalq qəzeti»nin əməkdaşı Qalib Arif də söhbətdə iştirak edirdilər…

Söhbətdə əsasən «Freedom House» təşkilatının mətbuat azadlığına dair hesabatından bəhs edildi. Həmin hesabatda Azərbaycan azad olmayan ölkələrin siyahısına daxil edilib. Bu hesabatdan müəyyən qeydlər etməklə belə bir ortaq fikir səsləndi ki, əgər bütün siyasi qüvvələrə KİV-də bərabər imkanlar yaradılmırsa və ölkədə müstəqil media hələ formalaşmayıbsa, onda demokratik seçkilərin keçirilməsi çox çətin olacaq.



Həftənin mühüm hadisələri…



Prezident İlham Əliyev Şamaxıya səfər etdi. Şamaxıda Milli Olimpiya Kompleksi və bir sıra yeni istifadəyə verilən müəssisələrə baş çəkən dövlət başçısı yerli sakinlərlə də görüşərək onların giley-güzarını dinlədi…



Xarici işlər naziri Elmar Məmmədyarov Almaniyanın Frankfurt şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşərək Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə etdi. Ermənistanın xarici işlər naziri Vardan Oskaniyan bu müzakirələrdə iştirak etmədi…



Ədliyə Nazirliyi müstəqil və müxalifət yönlü şəxslərin təsis etdiyi «Yeni TV»-ni qeydiyata almadı…



10-dan çox qeyri-hökumət təşkilatı bir araya gələrək Vətəndaş Cəmiyyəti Quruculuğu adlı Seçki Bloku təsis etdilər. Təşkilatçılardan Yaşar Cəfərli bildirdi ki, bu blok əsasən əhalinin aztəminatlı hissəsindən verilən namizədlərin müdafiəsini təşkil edəcək…



ABŞ Dövlət Deportamenti terrorizimlə mübarizəyə dair hesabat yaydı. Həmin hesabatda Azərbaycanın bu sahədə bütün vacib beynəlxalq sənədləri imzaladığı və bir neçə terrorçu qrupu zərərsizləşdirdiyi bildirildi…



ATƏT Azərbaycanda iqtidar və müxalifət partiyaları arasında seçkiqabağı dialoq mövzusunda tərəflərlə müzakirələrə başladı…



Konstitusiya Məhkəməsi Prezident İlham Əliyevi «Heydər Əliyev» ordeni ilə təltif etdi…



«Freedom House» mətbuat azadlığının vəziyyətinə dair illik hesabatını yaydı. Bu hesabatda Azərbaycan azad olmayan ölkələrin siyahısına daxil edildi…



İndi isə bu həftəyə keçək…



Mayın 2-dən 5-dək Vaşinqtonda ABŞ ilə Azərbaycan arasında ixracata nəzarət üzrə birinci seminar keçirilməlidir…



Mayın 4-də Beynəlxalq Valyuta Fondunun xüsusi nümayəndəsi Vitali Kramarenko Azərbaycana gəlməlidir…



Mayın 4-dən 5-ə qədər İstanbulda «Balkanlardan Qafqaza qədər ölkələrdə investisiya qoyluşları» mövzusunda Beynəlxalq konfransın keçiriləcəyi gözlənilir. Həmin konfransda Azərbaycandan 20 nəfərlik nümayəndə heyəti iştirak etməlidir…
XS
SM
MD
LG