Səs: Real audio
“İranın yəhudi icmasının aqibəti necə olacaq?” Aprelin 28-də prezident İlham Əliyevə Azərbaycan Respublikasının ən ali ordeni olan “Heydər Əliyev” ordeni təqdim edilib.
Bir neçə gün əvvəl – aprelin 22-də Milli Məclisin təsis etdiyi bu ordenin hazırlanmasında 538 qrama yaxın gümüşdən, 64 qrama yaxın qızıldan, 299 brilyant daşdan istifadə olunub. Ordenin statusu haqqında qanunda deyilir ki, o, Azərbaycan Respublikasının prezidentinə onun statusuna görə verilir.
“Heydər Əliyev” ordenini prezidentə təqdim edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev onun Azərbaycanın daxili və xarici siyasətində müstəsna xidmətləri olduğunu qeyd edib.
Prezident İlham Əliyev də “Heydər Əliyev” ordenini qəbul edərkən bu etimadı doğrultmağa çalışacağını bildirib.
“Heydər Əliyev” ordeninin statusu haqqında qanunda bu ordenin prezidentə onun statusuna görə verildiyi qeyd edilsə də, Müsavat partiyası başqanının müavini Vurğun Əyyub bu mərasimi ağlasığmaz hadisə adlandırır. Onun fikrincə, nə bu adda orden təsis olunmalı, nə də həmin orden İlham Əliyevə təqdim edilməli idi.
“Ayna” qəzetinin şərhçisi Rauf Mirqədirov isə ordenlə bağlı olaydan təəssüfləndiyini deyir. Onun sözlərinə görə, bu, Azərbaycanda şəxsiyyətə pərəstişin gücləndiyini göstərir.