Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:58

Qonaqlarımız Bakı Dövlət Universitetinin UŞU - şən uşaqları klubunun üzvləri Orxan və Nofəldir


Səs: Real audio
“İranın yəhudi icmasının aqibəti necə olacaq?” Vaxt itirmədən onların zarafatlarına keçək.

Nofəl: Salam, efirdə “Zənglər” verilişidir. “Lepka sexi”nin sponsorluğu ilə verilişimizə başlayaq. Soruşacaqsınız ki, “Lepka sexi” harada yerləşir. “Lepka sexi” 3-cü mikrorayon, 4-cü ev, 2-ci blokun padvalında yerləşir.

Birinci zəngimiz. Salam

Orxan: Salam əleyküm. Qardaşım, məni belə bir sual maraqlandırır. Nəyə görə qatarlardan “Bakı Soveti” dayanacağına gedən qatarlar köhnədir, “Memar Əcəmi”yə gedənlər isə təzədir. Bax bu sualın cavabını tapa bilmirəm.

Nofəl: Sənin sualının cavabı belədir: Əcəmi naxçıvanlı olub axı!

Sponsorumuzu xatırlatmaq lap yadımdan çıxmışdı ha... Sponsorumuz 3-cü mikrorayon, 4-cü ev, 2-ci blokun padvalında yerləşən “Lepka sexi”dir. Növbəti zəngimiz var. Salam.

Orxan: Salam, qardaş. Bilirsiz mən sklirozam.

Nofəl: Nə vaxtdan?

Orxan: Nə nə vaxtdan?

Nofəl: Nə vaxtdan sklirozsunuz?

Orxan: Nəyəm?

Nofəl: Skliroz.

Orxan: Mən sklirozam? Hə, yadıma düşdü, mən sklirozam.

Nofəl: Yaxşı, nə vaxtdan?

Orxan: Nə nə vaxtdan?

Nofəl: Sklirozsunuz.

Orxan: Mən sklirozam?

Nofəl: yox, mən sklirozam.

Orxan: Hə, siz sklirozsunuz. Nə vaxtdan?

Nofəl: Qardaş, siz zəng etdiniz dediniz ki, sklirozsunuz.

Orxan: Mən zəng etdim dedim ki, siz sklirozsunuz.

Nofəl: Qardaş, siz sklirozsunuz, yadınızda saxlayın.

Orxan: Hə, bağışlayın. Mən skliroz idim axı.

Nofəl: Allaha şükür. Nə vaxtdan?

Orxan: Nə nə vaxtdan?

Nofəl: Eeee.... Belə zənglər lap zəhləmi tökdü. Lap yadımdan çıxmışdı. Sponsorumuz 3-cü mikrorayon, 4-cü ev, 2-ci blokun padvalında yerləşən “Lepka sexi”dir.
XS
SM
MD
LG