Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:25

Əsgərlərin qaytarılması üçün QHT-lər işçi qrupu yaratdı


Səs: Real audio
“Almaniya cani və fahişələrə viza verib” Bu ilin fevralından erməni silahlı qüvvələrinin saxladığı Azərbaycanın 3 əsgərinin azad edilməsi üçün QHT-lərin işçi qrupu yaradılıb.



Milli QHT Forumunun prezidenti Azay Quliyev deyir ki, 12 QHT-nin daxil olduğu bu qrup əsgərlərin azad edilməsində dövlət və beynəlxalq qurumlara kömək etmək niyyətindədir.



Azay Quliyev deyir ki, işçi qrupu həm də Ermənistanın hökumət dairələri ilə əlaqəsi olan QHT-ləri prosesə cəlb etmək istəyir.



Müsahibimiz bildirir ki, əsgərlərin qaytarılmasına kömək etmələri üçün artıq bir neçə ölkə başçısı və beynəlxalq təşkilatlara da müraciət ünvanlayıblar.



Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Ramiz Məlikovsa bildirir ki, əsgərlərin yaxın günlərdə qaytarılacağına dair yeni bir məlumat yoxdur.



Nazirlik Azərbaycan ordusunun əsgərləri Ruslan Bəkirov, Xəyal Abdullayev və Hikmət Tağıyevin bu ilin fevralında azaraq qarşı tərəfə keçdiyini deyir.
XS
SM
MD
LG