Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:22

Deputatlar KİV-i günahlandırdı, Z. Qaralov isə vəzifəsində qaldı


Səs: Real audio
“Almaniya cani və fahişələrə viza verib” Milli Məclisin aprelin 26-dakı iclasında hakim partiyadan olan millət vəkilləri adından deputat Mübariz Qurbanlı KİV-i birtərəfli informasiya yaymaqda və ölkədə qarşıdurma yaratmaqda günahlandırıb.



MM-in spikeri Murtuz Ələsgərov isə məsləhət gördü ki, bu kimi müzakirələr başqa vaxta saxlansın. Spikerin bu təklifinə millət vəkili, YAP-ın icraçı katibinin müavini Səyavuş Novruzov etiraz edib.



«Zerkalo» qəzetinin redaktoru Elçin Şıxlı deyir ki, mətbuat Azərbaycan cəmiyyətinin əksidir. Millət vəkillərinin fikirlərində həqiqət olduğunu bildirən baş redaktor deyir ki, bütün bunlara imkan verən deputatlar və hökumət üzvlərinin özləridir. «Mətbuatdan qaçırlar, mətbuatı saymırlar, sonra da deyirlər ki, mətbuat birtərəfli informasiya yayır».



Milli Məclis həm də Zakir Qaralovun növbəti 5 ildə yenidən baş prokuror olması haqda prezidentin təqdimatını təsdiq edib.



O, 2000-ci il aprelin 25-də ölkə prokuroru təyin edilib. 1-ci dərəcəli dövlət ədliyyə müşaviridir.
XS
SM
MD
LG