Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51
Rubrikalar

“QARABAĞ” liderliyini qorudu


Səs: Real audio
“Almaniya cani və fahişələrə viza verib” Bu gün futbol üzrə 13-cü Azərbaycan çempionatında 29-cu turun iki oyunu keçirilib. Qazaxda yerli “Göyəzən” klubu Şəmkirin eyniadlı komandasını qəbul eləyib. Oyun 2-0 hesabıyla ev sahibi “Göyəzən”in xeyrinə bitib.



Bakıda isə “Ədliyyə” komandası bu tura qədər çempionatın lideri olan “Qarabağ”la gücünü sınayıb. Bu oyunda 2-1 hesabıyla qalib gələn Ağdamın “Qarabağ” klubu liderliyini qoruya bilib. 29 oyundan sonra “Qarabağ”ın 67 xalı var. Liderdən bir xal geri qalan “Neftçi” ikinci, 63 xalı olan “Xəzər-Lənkəran” isə 3-cü yerdədir. Amma “Xəzər-Lənkəran”ın ehtiyatda daha bir oyunu qalıb.



Avrasiya xüsusi Olimpiya komitəsi, Yohan Kroyf fondu və UEFA-nın təşkilatçılığı aprelin 28-i Bakıda “futbol həftəsi” başlanacaq. Sözügüdən qurumların təşəbbüsü ilə hər il 50 şlkədə əqli və fiziki cəhətdən əlil adamalr üçün “futbol həftəsi” adlı yarışlar keçirilir. Aprlein 25-dən mayın 1-nə qədər bütün dünya üzrə 40 min nəfərin qatılacağı bu yarış Bakıda aprelin 28-də, Olimpiya İdman Kompleksində başlanacaq. Azərbaycan Paralimpiya komitəsini məlumatına görə, Bakıdakı “Futbol həftəsi”nin açılış mərasimində UEFA-nın da nümayəndələri iştirak eləyəcək.



Aprelin 26-sı futbol üzrə Avropa Çempionlar Liqasında ilk yarımfinal oyunu keçiriləcək. 2 il əvvəl bu turnirin qalibi olan İtaliyanın “Milan” klubu San Siro stadionunda Holandiyanın Eyndhoven şəhərinin təmsilçisi olan “PSV”ni qəbul eləyəcək. “Milan”ın heyətində müdafiəçilər Yap Stam zədəli, Alessandro Nesta isə həm zədəli, həm də cazalı durumdadır. Bundan əlavə Andrea Pirlo və Filippo İnzagi də zədəsini yenicə sağaldıb. “PSV”nin heyətində yalnız Rober zədələnib. Hesselink isə zədəsini sağaldıb və bu oyunda heyətə düşə bilər. “Milan”-”PSV” oyununda 39 yaşlı Yunanıstanlı Kiros Vassars hakimlik edəcək.



Çərşənbə günü iki ingilis klubu “Çelsi” və “Liverpul” ikinci yarımfinal oyununda üz-üzə gələcək. “Çelsi”nin meydanında, Londonda keçiriləcək ilk oyunda “Liverpul” zədə üzündən Hamann, Kyuell və Baroşun xidmıətindən istifadə eləməyə bilər. “Çelsi”də isə Bric və Robben zədəlidir. Bu oyunu Fransadan olan 44 yaşlı Alen Sars idarə eləyəcək. Cavab görüşləri bir həftə sonra, rəqib meydanlarında keçiriləcək.
XS
SM
MD
LG