Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:02

S. Nəzərovun Azərbaycandan çıxmasına icazə verilməyib


Səs: Real audio
“Almaniya cani və fahişələrə viza verib” Keçmiş baş nazir Surət Hüseynovun müşaviri olmuş, uzun müddət vətənə xəyanət ittihamı ilə axtarışda olan, bu il isə haqqındakı cinayət işinə xitam verilmiş Saday Nəzərova yaşadığı Çexiyaya getməsinə sərhədçilər imkan verməyiblər.



Bu gün səhər hava limanında sərhəd xidmətinin əməkdaşları ona deyiblər ki, haqqında hələ də axtarış olduğundan ölkəni tərk edə bilməz.



Saday Nəzərovun verdiyi məlumata görə, bundan sonra Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə müraciət edib. Burada isə getməyinə heç bir maneə olmadığını deyiblər.



Saday Nəzərovun sözlərinə görə, bu axşam başqa bir reyslə Çexiyaya gedəcək.



Daxili İşlər Nazirliyindən isə Saday Nəzərovun saxlanması haqda məlumatın olmadığını dedilər.



Saday Nəzərov Azərbaycanı 1994-cü ildə tərk edib. 1997-ci ildə Çexiyada siyasi sığınacaq alıb. Bu ilin yanvarında Azərbaycana qayıdanda o, həbs olunmuşdu. Çexiya hökuməti və Avropa Birliyi rəsmilərinin tələbi ilə fevralın 12-də azadlığa buraxılıb. Aprelin 12-də isə haqqındakı cinayət işi xətm olunub.
XS
SM
MD
LG