Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28
Rubrikalar

BTC-ni neftlə doldurmaq üçün ən azı 400 milyon dollar lazımdır


Səs: Real audio
“Kondoliza Rays Belarus liderinə xəbərdarlıq etdi” Bakı-Tbilisi-Ceyhan kəmərini doldurmaq üçün 10 milyon barrel neft lazımdır. Azərtac agentliyinin məlumatına görə, BTC-nin səhmdarları bu qədər neftə nə qədər vəsaitin lazım olduğunu hələ ki bilmirlər. Amma ilkin hesablamalara əsasən, təxminən 400 milyon dollar vəsait ayrılacaq. Bu vəsait səhmdarların paylarına müvafiq bölünəcək. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin xam neftin boruya doldurulmasına may ayının əvvəlindən başlanacaq.



İran Böyük İpək Yolu - TRASEKA nəqliyyat dəhlizinə qoşuldu. İranın layihəyə qoşulmasına iştirakçı 12 ölkədən 11-i öz razılığını verib. 1993-cü ildə Avropa Birliyinin təklifi ilə yaradılan TRASEKA yəni Böyük İpək

Yolu layihəsində hazırda 12 ölkə iştirak edir. Bunlar Azərbaycan, Türkiyə, Ermənistan, Bolqarıstan, Gürcüstan, Rumıniya, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Ukrayna və Özbəkistandı.



İran və Azərbaycan 350 kilometrlik elektrik xətti çəkəcəklər. Azərenerji səhmdar cəmiyyəti və İranın Sanir şirkəti ilə bağlanan müqaviləyə əsasən İranın Parsapad şəhərindən İmişliyə, ordan da Əli-Bayramlı, Salyan və daha sonra Masallı və Astaraya ötürücü xətt çəkiləcək. Bundan əlavə Salyan, İmişli, Əli-Bayramlı və Masallıda yeni elektrik yarımstansiyaları tikiləcək. Bu məqsədlə İranın Eximbankı Azərbaycana 75 milyon dollarlıq kredit ayıracaq. Bütün işlərin 2007-ci ilin may ayınadək başa çatması gözlənilir.



Bu il Azərbaycanda cəmi 7.6 faizlik inflyasiya gözlənilir. Beynəlxalq valyuta fondunun açıqladığı Ümümdünya İqtisadi Hesabatında 2006-cı ildə 5 faizlik inflyasiyanın olacağı qeyd olunub. Hesabatda Azərbaycan inkişaf etməkdə olan və bazar iqtisadiyyatının zəif olduğu ölkələrə aid edilib.



Aprelin 25-də Milli Bankdan aldığımız məlumata görə, 1 dollar 4817, 1 rubl 173, 1 avro isə 6268 manatdır.
XS
SM
MD
LG