Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:57
Rubrikalar

Bu izdə:<br>- Azərbaycanın mədəni həyatında «Həyat» qəzetinin rolunu araşdıracaq<br>- Özəl xəbərdə unudulmaz sənətçi Qulu Əsgərovu xatırlayacaq…


Səs: Real audio
“Kondoliza Rays Belarus liderinə xəbərdarlıq etdi” Demokrat, Xalq Cəbhəsi və Müsavat partiyalarının birgə yaratdıqları blok parlament seçkiləri ilə bağlı artıq 30 dairə üzrə vahid namizədini müəyyənləşdirib.



Müsavat başqanının mətbuat məsələləri üzrə müavini Mehman Savadoğlu deyir ki, müəyyən olunan namizədlər bu 3 partiyanın təmsilçiləridir.



Onun sözlərinə görə, digər dairələrdə namizədlərin müəyyənləşməsi ilə bağlı intensiv iş gedir. Yaxın bir ay ərzində bu proses başa çatdırılacaq.



AXCP sədri Əli Kərimli isə bu birliyin və namizədlərin müəyyənləşməsi mexanizminin etibarlı olduğunu deyir.



«Mən inanıram ki, apardığımız bu iş uğurlu olacaq. Birliyin alternativi yoxdur və qarşılıqlı güzəştlər yolu ilə olsa da bu problem həllini tapmalıdır».



Milli QHT Forumunun prezidenti Azay Quliyev isə deyir ki, «partiyaların blok şəklində vahid namizədlərini müəyyənləşdirməsi mürəkkəb məsələdir. Çünki, hər partiya öz namizədinin daha çox olmasına iddialıdır. Ona görə də bu prosesin asan gedəcəyini düşünmürəm».



Azay Quliyevin fikrincə, həmin partiyaların nə dərəcədə ciddi namizədlər ortaya qoyduqları bu proses başa çatdıqdan sonra məlum olacaq.
XS
SM
MD
LG