Səs: Real audio
“Kondoliza Rays Belarus liderinə xəbərdarlıq etdi” Ancaq bu dəfə mənimlə birgə «Gün » qəzetinin şərhçisi Elxan Şahinoğlu və «Xalq qəzeti»nin əməkdaşı Qalib Arif qonağa suallar verəcək. Onlar bu verilişdən etibarən «Ayna», «Zerkalo» qəzetlərinin şərhçisi Rauf Mirqədirov və «Ekspress» qəzetinin əməkdaşı Zöhrab İsmayılı əvəz edərək düz 3 ay «Panorama»dakı söhbətlərdə iştirak edəcəklər…
Bu dəfəki «Panorama»da AŞ Parlament Assambleyasının məruzəçisi Andreas Qrosun Azərbaycandakı seçki qabağı şəraitlə bağlı fikirlərinə toxunuldu. Cənab Qross Bakıda olarkən demişdi ki, Azərbaycanda qarşıdan gələn parlament seçkiləri demokratik də keçirilə bilər, böyük itkilərlə nəticələnən qarşıdurma və toqquşmalar da baş verə bilər. Müsavat Partiyası Divanının üzvü Hikmət Hacızadə söhbət zamanı bildirdi ki, Andreas Qrossun narahatlığına ciddi əsaslar var. Ona görə də hakimiyyət seçkilərin demokratik keçirilməsi üçün güzəştlərə getməli, müxalifət isə öz təbliğatına yenidən baxmalıdır…
Həftənin mühüm hadisələri:
Avropa Şurası Parlament Assambleyasının məruzəçiləri Andreas Qross və Andreas Herkel Bakıda səfərdə oldular. 3 gün ərzində Azərbaycanda həm hakimiyyət, həm müxalifət, həm də QHT təmsilçiləri ilə görüşən mərzəçilərdən Andreas Qross səfərin yekunlarına həsr edilən mətbuat konfransında seçki qabağı şəraitlə bağlı öz narahatlığını dilə gətirdi:
-Bu gündən əgər, durub 6 noyabr seçkisinə baxsaq, onda görərik ki, hər şey mümkündür. Bizim doğru, dürüst seçkilərimiz də ola bilər, biz eyni zamanda böyük bir qarşıdurmanın, bir neçə min şəxsin itkisiylə nəticələnə bilən qarşıdurmanın da şahidi ola bilərik. Burada hər bir vətəndaş məsuliyyət daşıyır ki, ikinci yox, birinci baş versin…
Millət vəkili İsmayıl Ömərovun İctimai Televiziyanın direktoru seçilməsinə etiraz edən bir qrup jurnalist Ellik Televiziya-ET hərəkatını yaratdılar. Hərəkatın yaradıcılarından Azər Həsrət bildirdi ki, İctimai Televiziyanın rəhbərliyi dəyişdirilənə qədər mübarizə aparacaqlar…
Sahibkarlar Konfederasiyasının 1-ci Qurultayı keçirildi. Qurultay iştirakçıları prezident İlham Əliyevə yerli icra hakimiyyətlərinin qanunsuz müdaxilələrindən şikayət etdilər…
Qazaxıstan neftinin Azərbaycan ərazisi ilə dünya bazarına çıxarılması üçün iki ölkə arasında danışıqlar başladı. Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev bildirdi ki, bu ilin sonuna qədər tərəflər arasında tam razılıq əldə edilməlidir…
Prezident İlham Əliyev Moldovaya səfər etdi. Onun Moldova prezidenti Vladimir Varoninlə görüşündə Qarabağ və Dnestryanı problemlərlə bağlı BMT-yə müraciət etməyin vacibliyindən bəhs edildi…
Moldovada «GUÖAM»a üzv olan ölkələrin dövlət başçılarının zirvə toplantısı keçirildi. Toplantıda «Demokratiya, sabitlik və inkişaf naminə» adlı Kişinyov deklorasiyası imzalandı…
Polis Yeni Fikir Gənclər Təşkilatının Bakı Şəhər Prokurorluğu qarşısında keçirmək istədiyi piketi dağıtdı. 9 nəfər gənc müvəqqəti saxlanılaraq, azadlığa buraxıldı…
10-dan çox qeyri-hökumət təşkilatı bir araya gələrək İctimai Liderlər Bloku adlı yeni qurum təsis etdilər. Blokun təsisçiləri bildirdilər ki, bunda məqsəd siyasi çəkişmələrdə iştirak etməyən peşəkar şəxslərin daha çox parlamentdə təmsil olunmalarını təmin etməkdir…
İndii isə bu həftəyə keçək…
Aprelin 25-də Avropa Şurası Parlament Assambleyasının sessiyası işə başlamalıdır…
Aprelin 26-da Azərbaycan, Gürcüstan və Ermənistanın müxtəlif sektorlarından olan nümayəndələr Budapeştdə təşkil edilən biznes-turda iştirak etməlidirlər…
Aprelin 27-də Almaniyanın