Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:06

Milli parkımız bu il gəncləri sevindirəcək


Səs: Real audio
“Kondoliza Rays Belarus liderinə xəbərdarlıq etdi” Parkdakı “Şeytan təkəri” yelləncəyinin işçisi Sərxan İsayev deyir ki, bu yaxınlarda orada yeni yelləncəklər qurulacaq.

- Vikinq gəmisi “Sahil” restoranının yanında olacaq. Onu Amerikadan gətirirlər. Gənclər üçün yeni vertolyot da gətirilir. Bir ay müddətinə hazır olmalıdır.

Bu isə lap yerinə düşdü. Çünki gənclərimiz eyni yelləncəklərə minməkdən artıq beziblər. İndi onlar yelləncəklərlə daha yüksəkliyə qalxmaq istəyirlər.

- Hamısı köpnədir. İstərdim ki, xaricdə olduğu kimi burada da müasir yelləncəklər olsun.

15 yaşlı Svetlana

- Maşınlara marağım var, amma o birilərinə yox. İstərdim ki, təzə vikinqlər, rencerlər olsun.

16 yaşlı Əjdər

- Gözümüzü açanı eyni yelləncəkləri görmüşük. Nə qədər əyləncəli olsalar da eynilik bizi bezdirib. Daha müasir, macəralı və həm də yuxarı yaş həddinə uyğun yeni yelləncəklərə ehtiyac var.

Bu isə 22 yaşlı Arifənin fikridir.

Yelləncəklərin təmirinə gəlincə isə Sərxan deyir ki, narahat olmağa heç bir əsas yoxdur, çünki yelləncəklərin təmirinə hər gün baxılır və onlar tam təhlükəsizdir.
XS
SM
MD
LG