Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:57

«Gizli Türkiyə-Ermənistan danışıqları»


Səs: Real audio
“Kondoliza Rays Belarus liderinə xəbərdarlıq etdi” «Yeni Azərbaycan» qəzeti «GÖUAM dövlətləri münaqişələrin nizamlanması istiqamətində səyləri birləşdirməlidir» məqaləsində yazır ki, GÖUAM sammiti Kişinyov deklarasiyasının imzalanması ilə başa çatdı.



«Ağdam istiqamətində atəşkəs yenidən pozuldu». «525-ci qəzet» yazır ki, bu hallar artıq beynəlxalq təşkilatların da diqqətini çəkməyə başlayıb.



«Xalq Cəbhəsi» qəzeti yazır ki, Türkiyənin xarici işlər naziri Abdulla Gül və onun erməni həmkarı Vardan Oskanyanın gizli əməkdaşlıq protokolu imzalamağa hazırlaşdıqları bildirilir.



«Bakı Xəbər» qəzeti «Azərbaycan «kölgə iqtisadiyyatı»nın səviyyəsinə görə də dünyada liderdir» başlıqlı məqaləsində yazır ki, bunu Oksford Analitik Mərkəzinin siyahısı təsdiqləyir.



«GÖUAM da İlham Əliyevi küncə sıxdı» məqaləsində «Azadlıq» qəzeti yazır ki, Kişinyovda yeni anti-Rusiya birliyi yaradılıb və burada Azərbaycanın ehtiyatlı mövqeyini Rusiya mənbələri xüsusi qabardırlar.



«Yeni Müsavat» qəzeti yazır ki, 16 Oktyabr Hərəkatı təsis edilib.



«Azərbaycanda Latviyanın miqrasiya haqqında qanunu narazılıqla qarşılanıb». «Exo» qəzeti yazır ki, yeni qanun bu ölkədə yaşayan azərbaycanlıların hüquqlarını məhdudlaşdırır.



«Rusiya qəzetlərinin Azərbaycana gətirilməsinə məhdudiyyətlər qoyulub». «Ayna» qəzeti yazır ki, bunu həmin qəzetlərdə Azərbaycan rəhbərliyinə qarşı yazılar verilməsi ilə bağlayırlar.



«Gün-səhər» qəzeti «Gizli Türkiyə-Ermənistan danışıqları» məqaləsində yazır ki, Ankara və Yerevan bir aydır qapalı sövdələşmələr aparırlar.
XS
SM
MD
LG