Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:50

Bugünkü Qlobusun qonaqları:<br>- İsveçdən siyasi mühacir, kinorejissor Rəhim Sadıqbəyli,<br>- 10 ildən çox Çexiyada yaşayan Ələkbər İlyasov,<br>- Kanadada təsis olunmuş Azərbaycan Təşkilatları Federasiyasının icraçı direktoru Əkbər Məcidov


Səs: Real audio
“Kondoliza Rays Belarus liderinə xəbərdarlıq etdi” Sizinlə Qlobus proqramında görüşürük. Qlobusda biz xaricdə yaşayan azərbaycanlıların nailiyyətlərindən və problemlərindən, eləcə də diaspora cəmiyyətlərinin fəaliyyətindən danışıqır.



Qlobusun birinci qonağı kinorejissor Rəhim Sadiqbəyli 2003-cü il prezident seçkilərindən sonra Azərbaycanı tərk edib və hazırda siyasi sığınacaq üçün İsveç hökumətinə müraciət edib. Dediyinə görə, Azərbaycanı tərk etməsinə səbəb - seçki barədə çəkdiyi filmdən sonra ona qarşı başlanan təzyiqlərdir.



Növbəti qonağım 10 ilə yaxın Çexiyada yaşayan Ələkbər İlyasovdur. Ələkbər bəy həm də Azərbaycan Çex Cəmiyyətinin idarə heyətinin üzvüdür. Deyir ki, vətəndaşlıq almaq üçün Çexiya hökumətinə müraciət edib. Hazırda ailəsi ilə birlikdə Çexiyanın Olomouts şəhərində yaşayır, ticarətlə məşqul olur.



Və bugünkü Qlobusun axırıncı qonağı bu günlərdə təsis edilmiş Kanada Azərbaycan Təşkilatları Federasiyasının icraçı direktoru Əkbər Məcidovdur. Federasiya öz tərkibində Kanadada fəaliyyət göstərən altı azərbaycan cəmiyyətini birləşdirir. Əkbər bəy 90-cı ildə Türkiyəyə təhsil almağa gedib, bu ölkədə jurnalist kimi çalışıb, sonra İngiltərəyə köçüb, oradan isə Kanadaya gəlib. Kanadada Azərbaycan Təhsil və Mədəniyyət Mərkəzinə rəhbərlik edib.



Bu Kanada Azərbaycan Təşkilatları Federasiyasının sədri Əkbər Məcidovdur. Bu günə bu qədər. Siz Azadlıq radiosunun dalğalarında Qlobus proqramına qulaq asdınız. Qlobusda deyilənlərlə bağlı fikirlərini bizimlə bölüşdürmək istəyənlər Azadlıq radiosunun Bakı bürosunun 493-73-75 və Praqadakı redaksiyamızın 4202-21122351 nömrəli telefonlarına zəng edə bilərlər. Qlobusu mən apardım, Samirə Faiqqızı. Sağ olun, gələn şənbə günü yenidən görüşənədək
XS
SM
MD
LG