Səs: Real audio
“Kondoliza Rays Belarus liderinə xəbərdarlıq etdi” Azərbaycan telekanalları hər gün axşam saat 23-dən səhər saat 7-yə qədər spirtli içkiləri reklam edə biləcəklər.
Milli Məclisin martın 22-də keçirilən iclasında “Televiziya və radio yayımı haqqında” qanuna edilən dəyişiklik buna imkan verir.
Bu düzəlişə qədər spirtli içkilərin reklamı ümumiyyətlə yolverilməzdi.
Qanuna düzəliş layihəsini hazırlamış işçi qrupunun rəhbəri Rizvan Cəbiyev deyir ki, Rusiya və Türkiyə telekanallarında spirtli içkilər reklam olunduğundan Azərbaycan tamaşaçısı onsuz da hər gün bu reklamların təsirinə məruz qalır. Əvəzində isə Azərbaycan büdcəsi bu reklamlardan əldə edilə biləcək gəlirdən məhrum olur.
Parlamentin Regional məsələlər daimi komissiyasının sədri Zahid Qaralov isə deyir ki, əgər kənar telekanallar Azarbaycan gəncləri üçün zərərli reklamlar verirsə, həmin kanalların ölkədə yayımını dayandırmaq lazımdır. Azərbaycanda da bu məhsulların reklamına icazə vermək yox.
«Əgər gənclər arasında sorğu aparılsa, bəlli olar ki, onlar televizora məhz saat 24-dən sonra baxırlar. Gənclərin mənəviyyatına mənfi təsir edən verilişlərin ekranlarda yetərincə olduğu halda bunu da qanuniləşdirməklə biz səhvə yol veririk».
Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmov isə bildirir ki, xarici kanalların bu sahədə yaratdığı qeyri-bərabərlikdən başqa, həm də əksər idman yarışlarının sponsorları spirtli içki istehsal edən firma və müəssisələrdir. Həmin yarışlar televiziya ilə verilərkən isə bu içkilər onsuz da reklam edilir.
«Bütün bunları nəzərə alaraq belə bir kompromis təklif edildi və bu da qəbul olundu. Ola bilsin, 3-4 ildən sonra bu məsələyə yenidən baxılacaq və spirtli içkilərin reklamı ümumiyyətlə qadağan ediləcək».
Nuşirəvan Məhərrəmov əlavə edir ki, o, ümumiyyətlə spirtli içkilərin reklamına tərəfdar deyil.