Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:18
Rubrikalar

Azərbaycanda 500 mindən çox iş yeri açılmalıdır


Səs: Real audio
“Kondoliza Rays Belarus liderinə xəbərdarlıq etdi” Gürcüstan “Şahdəniz”dən veriləcək qazdan əlavə yanacaq almağı planlaşdırır. Azərtac agentliyinin məlumatına görə, Gürcüstanın baş naziri Zurab Noqaideli ölkəsinin hər il güzəştli alınacaq 800 milyon kubmetrdən çox mavi yanacağa ehtiyacı olduğunu deyib. Onun sözlərinə görə, rəsmi tbilisi yaxın vaxtlarda əlavə qazın alınması haqqında danışıqlar aparmağa başlayacaq. Zurab Noqaideli əlavə güzəştlərin yox, gələcək imkanların araşdırılmasını istədiklərini deyib. Əldə olunan razılığa əsasən, “Şahdəniz” yatağından çıxarılacaq qaz Gürcüstana 2011-ci ilədək güzəştli qiymətlərlə satılacaq.



Bundan sonra 500 min iş yeri açılsa da Azərbaycanda işsizlik problemi həll olunmayacaq. Bunu Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev Turan agentliyinə deyib. Onun sözlərinə görə, sonuncu dəfə hesablamalara görə, ölkədə 404 min işsiz var idi, amma son bir il yarıma 115 min daimi, 85 min isə müvəqqəti iş yeri yaradılıb. İş yerlərinin bir hissəsi də bələdiyyələrin köməyi ilə yaradılıb. Amma yerli özünü idarəetmə orqanları planlarını tam şəkildə həyata keçirə bilməyiblər. Statistika Komitəsinin məlumatına görə, bunun səbəbi bələdiyyələrin büdcə gəlirlərinin 40 faiz kəsirlə yerinə yetirilməsi olub.



Milli Bankdan aldığımız məlumata görə, aprelin 22-də 1 dollar 4819, rubl isə 173 manat olub. Avro bir gün ərzində 34 manat ucuzlaşaraq 6281 manata düşüb. Sonuncu dəfə avronun belə məzənnəsi 5 ay əvvəl olub.
XS
SM
MD
LG