Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:10
Rubrikalar

Azərbaycan boksçuları beynəlxalq turnirlərdə qüvvələrini sınayır


Səs: Real audio
“Kondoliza Rays Belarus liderinə xəbərdarlıq etdi” Aprelin 23-24-də cüdo üzrə beynəlxalq dərəcəli hakim Rauf Şəfiyevin xatirəsinə həsr olunmuş cüdo turniri keçiriləcək. Turnirdə əsasən yeniyetmələr qüvvələrini sınayacaqlar. Bakıda və bölgələrdən 25 komanda və 200-ə yaxın idmançı iştirak edəcək. Dağıstan cüdoçularının da yarışlara qatılacağı gözlənilir. Yenyietmə cüdoçular 9 çəki dərəcəsində mübarizə aparacaqlar.

Cüdo və sambo üzrə məşqçi Rauf Şəfiyevin xatirəsinə həsr olunan turnir artıq altıncı ildir keçirilir.



Aprelin 24-28-də Ukraynanın paytaxtı Kiyevdə beynəlxalq boks turniri keçiriləcək. Turnirdə Azərbaycanı Ceyhun Əbiyev, Elşad Quliyev, Azər Məmmədovun daxil olduğu 11 nəfərlik heyət təmsil edəcək. Boks üzrə Azərbaycanın əsas yığma komandası isə Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq turnirdə çıxışlarını davam etdirir. Artıq ilk qələbələr qazanılıb.

Final qarşlaşmaları aprelin 25-də olacaq.



Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında yeni departament yaranacaq. AFFA-dan verilən məlumata görə, yeni qurum uşaq futbolunun inkişafı ilə məşğul olacaq.

Mayın 8-də isə futbol üzrə Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandası Moldovaya yola düşəcək. Azərbaycan komandası ilk oyununu mayın 9-da Rumıniya komandasına qarşı keçirəcək. Mayın 10-da Belarus, 12-də isə Moldova yığmalarıyla mübarizə aparacaq.
XS
SM
MD
LG