Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

Seçkilərin qarşılıqlı etimad şəraitində keçirilməsinin yolu nədir?


Səs: Real audio
“Kondoliza Rays Belarus liderinə xəbərdarlıq etdi” Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə mərüzəçisi Andreas Qrossun qarşıdan gələn parlament seçkiləri ilə bağlı gümanları yerli təhlilçilərə görə, seçki qabağı şəraitdən narahatlığın ifadəsidir. Cənab Qross aprelin 20-si Bakını tərk etməzdən əvvəl jurnalistlərlə söhbətində Azərbaycanda gözlənilən seçkilərin demokratik keçirilməsi variantı ilə yanaşı, çox ciddi qarşıdurmanın baş verə biləcəyini də istisina etməmişdi .

«Ayna» qəzetinin şərhçisi Azər Rəşidoğlu hesab edir ki, qarşıdurma üçün ən böyük zəmin, seçkilərin azad və ədalətli keçirilməsi üçün şəraitin yaradılmamasıdır. Azər Rəşidoğlunun sözlərinə görə, beynəlxalq təşkilatların və müxalifətin müxtəlif səylərinə baxmayaraq hakimiyyət yenə də seçkiləri saxtalaşdırılmaqda israrlıdır. «Ayna» qəzetinin şərhçisi iddia edir ki, beynəlxalq təşkilatların hesabatlarında son prezident seçkilərindən sonra müxalifətçilərə işgəncələr verilməsində adı hallanan şəxslərin Daxili İşlər Nazirliyində yüksək postlara gətirilməsi göstərir ki, hakimiyyət indidən seçkidən sonrakı proseslərə hazırlıq görür:

- Buni İctimai televiziyanın rəhbərliyinin seçilməsi prosesi ilə də bağlı demək olar. Artıq çoxları şübhə etmir ki, İctimai Televiziya da müstəqil olmayacaq…

Azər Rəşidoğlu deyir ki, Seçki Məcəlləsinə ciddi bir dəyişiklik edilməyəcəyi ilə bağlı rəsmi şəxslərin səsləndirdiyi fikirlər də qarşıdurama üçün zəmin rolunu oynaya bilər. Onun sözlərinə görə, hakimiyyətdaxili bəzi qruplaşmaların da fəaliyyəti nəzərdən qaçmamalıdır. Onlar da bütün bu proseslərdə qızışdırıcı rol oynaya bilərlər.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva isə deyir ki, qarşıdan gələn seçkilər Azərbaycan üçün imtahandır. Onun sözlərinə görə, bu imtahandan uğurla keçməyin necə vacib olduğunu hakimiyyət də dərk etməmiş deyil. Gültəkin Hacıyeva qeyd edir ki, həbsdə olan bütün müxalifətçilər əfv edilərək azadlığa buraxılıblar. Bunun özü seçkilərin qarşılıqlı etimad şəritində keçirilməsi üçün mühüm addımdır. Onun sözlərinə görə, yəqin ki, növbəti addım kütləvi aksiyalara icəzələrin verilməsi olacaq. Ancaq Gültəkin Hacıyeva hesab edir ki, kütləvi aksiyalar da sabitliyin pozulmasına xidmət etməməlidir.

Müsavat Partiyası Divanının üzvü Hikmət Hacızadə isə hesab edir ki, seçkilərin azad və ədalətli keçirilməsi üçün hakimiyyət üzərinə düşən vəzifələri axıra qədər yerinə yetirməlidir. Yəni vətəndaşlar konstitusiya ilə onlara verilən bütün hüquqları almalıdırlar. Ancaq hakimiyyət bu addımları atmayacağı təqdirdə və ya onun görüntüsünü yaradacağı halda da qarşıdurmaya yol vermək olmaz. Hikmət Hacızadə deyir ki, seçkilərdə qələbə çalmaq nə qədər vacibdirsə, sabitliyin qorunması da bir o qədər vacibdir. Bundan ötrü isə müxalifət birinci növbədə təbliğatını dəyişməldir. Xalqa izah edilməlidir ki, mübarizədə məqsəd hakimiyyətə gəlmək yox, onun hüquqlarını özünə qaytarmaqdır:

-İkincisi isə beynəlxalq ictimayyətlə əlaqələr dərinləşməlidir. Ən nəhayət isə bütün mübarizə boyu dinc üsullardan istifadə edilməlidir…

Hikmət Hacızadə deyir ki, əgər müxalifət bütün bu prosesə xalqın geniş kütlələrini cəlb etsə onun qarşısında nə hakimiyyət nə də hər hansı pozucu qüvvə dayana bilər. Müsavat idoloqunun sözlərinə görə, dəyənəyə gül dəstəsiylə cavab vermək ən effektiv və ən düzgün mübarizə üsuludur. Ancaq bir şərtlə ki, nə müxalifət, nə də ki, sıravi ölkə vətəndaşları öz hüquqlarından bir addım olsun belə, geri çəkilməsinlər…
XS
SM
MD
LG