Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:38

Prezident qiymətlərin aşağı salınmasını tələb edir


Səs: Real audio
“Dünyada neonasistlərin yarısı Rusiyada yaşayır” Prezident İlham Əliyev ölkədə inflyasiyanın səviyyəsinin aşağı salınması üçün maliyyə, iqtisadi inkişaf, vergilər nazirliklərinə, Milli Banka, Gömrük Komitəsinə və başqa qurumlara tapşırıqlar verib.



"Mən məsələni belə qoyuram ki, qiymətlər aşağı salınmalıdır. Əlbəttə, iqtisadiyyatın öz qanunları var, inflyasiyanın varlığı hər ölkənin iqtisadi inkişafı üçün vacibdir. Amma bir hədd olmalıdır ki, onu keçmək olmaz".



İlham Əliyev inflyasiyanın “dözülməz həddə” - 13 faizə çatdığını deyib və ardınca da əlavə edib ki, dünyada neftin qiymətinin artması idxal edilən malların qiymətlərinə, nəqliyyat xərclərinin artmasına təsir edib.



Bundan əlavə, onun sözlərinə görə, dollara nisbətdə avronun kursunun möhkəmlənməsi Avropadan gətirilən malların qiymətlərinin artmasına səbəb olur.



Prezident onu da deyib ki, Azərbaycanda həyat səviyyəsinin yüksəlməsi, gəlirlərin artması, pul kütləsinin çoxalması da inflyasiyanın artmasına təsir göstərir.



İlham Əliyev inflyasiyanın subyektiv səbəbləri arasında isə "qeyri-sağlam rəqabəti və inhisarçılığı" qeyd edib.
XS
SM
MD
LG